Avropa İttifaqı Cənubi Qafqazda da gücünü itirəcək - ŞƏRH
Yusif Nəzərli
22:36 12.03.2025
Siyasət
550
Ona görə də rəsmi İrəvan Aİ müşahidəçilərinə güvənmək əvəzinə, Azərbaycanla normal ikitərəfli münasibətlər qurmağa tələsməlidir
Avropa İttifaqının Ermənistandakı, vaxtı razılaşdırılmadan uzadılmış missiyası yenə “binokl diplomatiyası” həyata keçirməklə bölgədə davamlı sülhün yaradılması prosesinə maneçilik törətməkdə davam edir. Bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfiqar deyib. O qeyd edib ki, missiya binoklla qıcıqlandırıcı formada Azərbaycan ərazilərini müşahidə etməklə iki ölkə arasında normallaşma prosesinə zərər vurur:
“Sözügedən missiya “binokl diplomatiyası”nın yaratdığı təsirləri bildiyi halda bu hərəkətlərə qəsdən davam etməklə niyyətinin heç də bölgədə sülhün yaranması olmadığını açıq şəkildə nümayiş etdirmiş olur. Üstəlik, Aİ-nin missiyası, üzərində dayandığı torpaqların vaxtilə Qərbi azərbaycanlıların kompakt şəkildə yaşadığı və sonuncu 1987-1991-ci illər deportasiyasında kütləvi şəkildə qovulduğu ərazilər olduğunu bildiyi halda bir dəfə də olsun bu barədə fikir səsləndirmir, mövqe bildirmir”. Ü.Zülfiqar bir daha Aİ-nin missiyasını bu kimi, sülhə əngəl törədən hərəkətlərdən yayınmağa, Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı prosesə biganə qalmamağa çağırıb.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, ABŞ Prezidenti Donald Trampın BMT-dən çıxmaq, ABŞ-nin NATO-dakı missiyasını məhdudlaşdırmaq və Avropa ilə müttəfiqlik münasibətlərini yenidən nəzərdən keçirmək istiqamətində göstərdiyi təşəbbüslər ortadadır. Ekspertə görə, belə məqamda geosiyasi aktor kimi nüfuzu sürətlə sarsılmaqda olan, qlobal güc kimi əhəmiyyətini itirməyə davam edən Avropa İttifaqının Cənubi Qafqazda "etimad mühitinin yaradılmasına dəstək vermək" adı altında təxribatçılıq, pozuculuq fəaliyyətlərini davam etdirməsi həqiqətən absurddur:
"Avropa İttifaqının Ermənistandakı "mülki müşahidə" missiyasının Azərbaycan sərhədlərində "binokl diplomatiyası" ilə məşğul olması heç bir sağlam məntiqə sığmır. Sözügedən dırnaqarası "mülki" missiyanın hərbçilərdən, polislərdən, casuslardan ibarət heyət üzvlərinin son günlərdə yenidən Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə apardıqları məlum olub. Belə ki, Aİ müşahidəçiləri əvvəlcə Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər, martın 10-da isə Qubadlı rayonu ilə həmsərhəd olan məntəqəyə gələrək, ərazilərimizi qanunsuz olaraq müşahidə etməyi davam etdiriblər. Bizim sərhədçilərimiz Aİ-nin müşahidə missiyasının üzvlərinin hərəkətlərini qeydə alıblar. Aİ müşahidəçilərinin sərhədlərimizdəki qanunsuz izləmələri barədə məlumatlar və görüntülər mətbuatda da yayılıb. Beynəlxalq hüquqdan dəm vuran və sərhədlərin toxunulmazlığını tez-tez gündəmə gətirən Brüsselin bu cür qanunsuz müşahidələrə izn verməsi bu gün heç kimdə təəccüb hissi doğurmur. Çünki biz Aİ-nin hüquqazidd addımlarına artıq adət etmişik. Avropa İttifaqı "ikili standart"lardan çıxış etməyi özünün əsas prioritetinə çevirib".
Siyasi şərhçi vurğulayıb ki, Avropa İttifaqının rəsmi Bakının rəyini soruşmadan, Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının mandatının birtərəfli qaydada 2027-ci ilədək uzadılması barədə qərar qəbul etməsi də elə həmin "ikili standart"ların təzahürüdür:
"Beləliklə, Avropa İttifaqı faktiki olaraq Ermənistanın vasitəsilə Cənubi Qafqazda "kovboy"luq edir. Lakin bu da müvəqqətidir. Avropa İttifaqının bölgəmizdəki katalizatorluğu çox da uzun sürməyəcək. Bu alyans qlobal geosiyasi dəyişikliklərin təsiri nəticəsində getdikcə öz əvvəlki hegemon gücünü itirərək tezliklə amorf bir təsisata çevriləcək. Ermənistan isə Aİ-nin simasında özünün növbəti havadarından da məhrum olacaq. Ona görə də rəsmi İrəvan Aİ müşahidəçilərinə güvənmək əvəzinə, Azərbaycanla normal ikitərəfli münasibətlər qurmağa tələsməlidir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya