Ukrayna bəhanədir: Avropa dövlətləri də artıq təhlükəsizliyini düşünür
Yusif Nəzərli
00:47 18.03.2025
Siyasət
356
Fransanın paytaxtında, Parisdə dünyanın 30-dan çox ölkəsinin hərbçiləri Ukrayna üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını müzakirə edib. Danışıqlarda Xorvatiya, Monteneqro və ABŞ istisna olmaqla, NATO-ya üzv olan 32 dövlətlə yanaşı bir sıra digər dövlətlərin iştirakı ilə keçirilmiş toplantı siyasi-hərbi nöqteyi-nəzərdən ciddi nəticələrə səbəb olub.
Avropa ölkələrində başlanan mitinqlərin Rusiya əleyhinə yönəldiyini vurğulayan siyasi ekspert Vüqar Dadaşovun “Şərq”ə açıqlamasına görə, həmin toplantı "Ukrayna naminə" keçirilsə də, əslində, Avropa dövlətləri, NATO üzvləri və digər dövlətlər özlərinin çoxdan istədikləri təhlükəsizliyini təmin etmək üçün müstəqil hərbi birlik, güc mərkəzi yaratmaq istəyi ilə baş tutub:
“Bir müddət əvvəl planlaşdırılan, ancaq bir gün əvvəl 30-dan çox dövlətin Parisdə baş tutan toplantıda sonra, yəni martın 12-nə Polşa Baş naziri Donald Tuskun Türkiyəyə səfəri, Türkiyədən Avropanın təhlükəsizliyinə görə xahiş etməsi, həm də onu göstərir ki, Avropa İttifaqının və eləcə də NATO dövlətləri arasında Rusiya ilə bağlı ciddi fikir ayrılığı var.
Parisdə təşkil olunan toplantının, əslində, anti-Rusiya birliyi və ümumiyyətlə, ABŞ-siz Avropanın müstəqil hərbi birlik yaratmaq cəhdinə, yeni güc mərkəzinin yaradılmasına ilk növbədə Xorvatiya, Monteneqro, Macarıstan, Serbiya və Slovakiya mane hesab olunur. Sadalanan dövlətlər sırasından təkcə Macarıstan tam slavyan xalqları qrupuna aid deyil, qalanları isə toplantıya qatılmayan Xorvatiya, Monteneqro, eləcə də Serbiya, Slovakiya etnik mənşəyinə görə, ruslar kimi slavyan xalqları qrupuna aiddir”.
V.Dadaşovun fikrincə, Parisdə baş tutmuş həmin toplantıdan sonra, paralel şəkildə Macarıstan, Serbiya və Slovakiyada hökumətə qarşı kütləvi etiraz mitinqlərinin başlanması təbii ki, Rusiyaya bağlılığı və meyilliyi ilə seçilən bu dövlətlərin Rusiya qarşı münasibətin, mövqeyinin dəyişdirilməsinə hesablanmış, Avropanın aparıcı dövlətləri və Böyük Britaniya tərəfindən bir növü məcburetmə əməliyyatıdır: “Görünür ki, Rusiyaya, Vladimir Putinə xüsusi münasibətləri ilə seçilən Macarıstan lideri Orban, Serbiya lideri Vuçiç, Slovakiya lideri Fitsonun Avropa liderlərinin başlatdığı prosesə mane olmaq imkanları məhdudlaşdırılır və hətta hakimiyyətdən kənarlaşdırılmaları da nəzərdən keçirilir.
Serbiya Prezidenti Aleksandr Vuçiç müxalifətin tələblərinə uyğun gələn 3-4 ay ərzində seçkilər keçirtməyə hazır olduğunu bildirib. Donald Tuskun Ankaraya səfərindən də xeyli əvvəl Türkiyənin Avropanın təhlükəsizliyinin təminatçısı kimi prosesə qatılacağı ehtimalı gözlənilirdi. Avropanın xüsusən də Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Polşa kimi dövlətlərin iştirakı ilə yeni güc mərkəzinin formalaşması ehtimalı əsaslı gözləntidir”.
Xəbər lenti
Hamısına bax
İzmirdə FETÖ əməliyyatı: 12 nəfər saxlanıldı...
01:05 11.02.2026
Dünya
ABŞ "Hizbullah"a qarşı sanksiyalar tətbiq edib
23:53 10.02.2026
Dünya
"Qarabağ"la oyun təxirə salınsa, oynamayacağıq - Vernidub
23:30 10.02.2026
Futbol
Venesuela İsrailə neft tədarükünü bərpa edib
23:06 10.02.2026
Dünya
D-8 sammiti İndoneziyada keçiriləcək
22:23 10.02.2026
Dünya
Əliyev və Vens mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
22:00 10.02.2026
Rəsmi
"Turan Tovuz" "Şaxtyor"un yetirməsini transfer etdi
21:41 10.02.2026
Dünya
Moskvada yaşayış binasında yanğın olub
21:26 10.02.2026
Dünya
Danlanı döyən eks-sevgilisinə həbs cəzası!
21:00 10.02.2026
Şou
Yaponiyanın ən yaşlı kişisi vəfat etdi
20:29 10.02.2026
Dünya
Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib
20:18 10.02.2026
Mədəniyyət
ABŞ-ın Vitse-prezidenti: Azərbaycana səfərdən şərəf duyuram
20:07 10.02.2026
Siyasət
Ukraynaya ən çox silah verən ölkələr...
19:56 10.02.2026
Dünya
Onu Mbappenin anasına bənzətdilər - FOTO
19:42 10.02.2026
Maraqlı
Ərəb Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
19:34 10.02.2026
Gündəm