Trampın Azərbaycanla daha yaxın münasibətləri olub - Parlamentari
Yusif Nəzərli
07:21 12.04.2025
Gündəm
309
Sabiq amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb
"2017-ci ildə ABŞ-Rusiya, 2020-ci ildə NATO-Rusiya yüksək çinli görüşləri ilə qlobal nizama məhz paytaxtımızda nail olmuşdular. Ölkəmizin barışdırıcı rolu ərazilərimiz işğalda olanda da qəbul edilib. Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi-siyasi və təhlükəsizlik bağları Bakıdan keçir".
Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında çıxış edən millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, Suriyada orduları üz-üzə gələn İsrail-Türkiyənin məxfi xidmət orqanları rəhbərlərinin iki gün əvvəl paytaxtımızda görüşü qlobal təhükəsizliik üçün misilsiz hadisədir: "Ölkəmiz Qəzzada savaşı deyil, beynəlxalq hüququ üstün tutduğu üçün hücumlara məruz qalır. Yəhudi və türk dünyasını toqquşdurmaq üçün erməni, Fransa, Kanada, Hindistan və onlarla dövlət çalışır. İsraillə gərginlik Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrə fürsət verir. Dünyada antisemitizm dalğasının yüksəlişi fonunda yəhudi icmasına örnək münasibət asan deyil. Qarabağn xilaskarı İlham Əliyev 2-ci dünya müharibəsindən sonra tam və qəti qələbənin ilə başa çatan tək savaşın qalibi kimi yeni münaqişələrin qarşısını alır. Azərbaycan islam dünyasının ən böyük yəhudi və xristian icmalarının təhlükəsiz evidir. Torpaqlarımız fərqli millətlərin və dinlərin çiyin-çiyinə şəhidliyi ilə azad olunub. İkinci Qarabağ müharibəsində qələbəmizdə İsrail silahları mühüm rol oynayıb. Azərbaycanlı-yəhudi diaspor təşkilatları erməni lobbisinin dağıdıcı təsirinin qarşısını alıb. Bakı ərəb dünyası ilə vasitəçi rolunda çıxış edib. Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsraildən nümunə götürə bilər. Biz Ağ Evdən hərbi yardım istəmirik. Lakin tarif müharibələrində trilyon dollarlıq iqtisadi itkilərin yüzdə biri ilə bütün məcburi köçkünlərimizi doğma evlərinə qaytarmaq olardı. Halbuki Şuşada Ağ Evi xalqımız özü tikir".
Parlament üzvü qeyd edib ki, 30 illik işğala dəstək verən sabiq amerikalı prezidentlərin mirasına son qoymaq üçün indi tarixi fürsət yaranıb:
"2003-cü ildə qızılgül inqilabının liderinə çevirdikləri Saakaşvili ilə demokratiya duetinə çıxan Corc Buşdan fərqli olaraq, Donald Tramp Azərbaycanla daha yaxın münasibətlərə malik olub. Ağ Evin yeni sahibi son məktubunda prezidentimizə ehtirama və birgə işləməyə çağırıb. İndiyədək heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib, qonşu və uzaq dövlət rəhbərləri isə müqəddəs Odu və ruhu Qoca Şərqdən alıblar.. Bir vaxtlar Ağdam məscidinin bir parçasını Ulu öndərə ad günü hədiyyəsitək gətirən səfir Keri Kavanonun vəfadarlığı, xeyirxahlığı unudulmayıb. Ali Baş Komandanın arxitektorluğu ilə həmin azad daş öz yerinə qoyulub, Allah Evi bütövlüyünə qovuşub. Tanrıya dua üçün azad torpaqlarımızdakı məscidlər bütün liderlərin üzünə açıqdır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan İlham Əliyevi təbrik etdi
21:00 04.02.2026
Siyasət
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm