Bakıda Nuru Paşanın heykəli yoxdur, amma Frunzenin adına küçə var - REAKSİYA
Yusif Nəzərli
07:09 20.04.2025
Aktual
573
Sovet repressiya maşınının fiqurlarının adlarının şəhərdə hələ də əbədiləşdirilmiş durumda olması doğru deyil
Bakıda hələ də sovet dövrünün simvolik fiqurlarının adını daşıyan bəzi küçələr mövcuddur. Bu adlar arasında "qırmızı terror"un tanınmış nümayəndələrinin adları da yer alır.
Bu günlərdə Bakıda söküləcək qəzalı binalar sırasında Sabunçu rayonunda Mixail Frunze küçəsi, ev 16-nın da olduğu haqda məlumat yayılıb. Bu isə o deməkdir ki, Bakıda Türküstanın qubernatoru olmuş qırmızı terrorun “şanlı nümayəndəsi”nin adına küçə hələ də qalmaqdadır.
Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti bu adda küçənin mövcudluğunu inkar etsə də, müxtəlif xəritə xidmətlərində və ünvan məlumatlarında bu küçənin adı hələ də qeyd olunur.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Axar.az-a bildirilib ki, hazırda Bakı şəhərində bu adda küçə yoxdur.
“Sakinlər unvanportali.az saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında ətraflı məlumat ala bilərlər. Bunun üçün rəsmi portal fəaliyyət göstərir”, - qurumdan qeyd olunub.
Meriyanın bu açıqlaması təəccüb doğurur; Əvvəla, Mixail Frunze küçəsinin mövcudluğu ünvanlarda da əksini tapır və bununla bağlı axtarış şəbəkəsində qısa araşdırma etmək kifayətdir ki, fakt təsdiqlənsin.
Digər tərəfdən, “Quql-məps” Zabratdakı Mixail Frunze küçəsinin yerləşdiyi ərazini də dəqiqliklə əks etdirir.
Tarixçi və ictimai xadimlər, sovet dövrünün repressiyalarını və bu dövrün simvolik fiqurlarının adlarının hələ də küçələrdə yaşadılmasını tənqid edirlər. Onlar, bu adların dəyişdirilməsinin və tarixi ədalətin bərpasının vacibliyini vurğulayırlar. Bu mövzu, cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirə mövzusudur və bəzi ekspertlər, bu adların dəyişdirilməsinin tarixi yaddaşın qorunması baxımından əhəmiyyətli olduğunu qeyd edirlər.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, sovet repressiya maşınının önəmli fiqurlarının adlarının hələ də əbədiləşdirilmiş durumda olması doğru deyil:
“Gərək 26-ların qəbri köçürüləndə bu məsələylə bağlı da müəyyən tədbirlər görüləydi. Tarixi yaddaşın qorunması başqadır, xalqın qanını tökənlərin adlarının əbədiləşdirilməsi tam başqa. Tarixin yaddaşı arxivlərdə, kitab və əsərlərdə qorunub, saxlanılır. Biz tariximizi bilməliyik və ağrılı səhifələri də gələcəyə ötürməliyik. Amma xalqımıza, müstəqilliyimizə qarşı cinayətlər törətmiş şəxslərin adlarının küçələrdə qalması qətiyyən yolverilməzdir. Düşünürəm ki, bu məsələylə bağlı aidiyyəti üzrə yenidən qiymətləndirilmə aparılmalıdır. Küçə və prospektlərə veriləsi, adlarının əbədiləşdiriləsi o qədər şəxsiyyətimiz var ki. Azərbaycanı xilas edən Nuru Paşanın heykəli yoxdur, amma xalqın qanını tökən Frunzenin adına küçə var. Müstəqil dövlətçiliyimizə xidmət etmiş, milli simalarımızın, şəhidlərimizin adları ilə xalqımıza qarşı repressiyalarda fəaliyyət göstərmiş yad ünsürlərin xatirəsinin yaşadılması heç cürə uyğun gəlmir. Tutaq ki, Puşkin, Tolstoy, Lermontov kimi dünyada tanınan şəxslərin xatirəsinin yaşadılması təbiidir. Ancaq öz milli şəxsiyyətlərimizin, tarixi simalarımızın obrazını daha parlaq yaşatmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət