Keçmiş arvadını üstünə benzin tökərək yandırmışdı: Məhkəmə öncəsi xərçəngdən öldü
Yusif Nəzərli
07:54 20.04.2025
Hadisə
479
Antalyada keçmiş həyat yoldaşı, 36 yaşlı Pınar Zorlunun üstünə benzin tökərək onu yandıran və ölümünə səbəb olan Gürhan Üzər, 21 aprel tarixində keçirilməsi planlaşdırılan ikinci məhkəmə iclası öncəsi xərçəng xəstəliyindən vəfat edib.
Məlumata görə, Üzər fevral ayının ilk həftəsindən etibarən Antalya Şəhər Xəstəxanasında müalicə alırdı. 4-cü mərhələ pankreas xərçəngi səbəbilə orqan çatışmazlığı yaşayan qatil, bir müddətdir reanimasiya şöbəsində saxlanılırdı.
Sherg.az xəbər verir ki, qatilin ölümü ilə birlikdə cinayət işi üzrə məhkəmə prosesi dayandırılıb.
31 dekabr 2024-cü il səhəri baş verən hadisədə Pınar Zorlu işə getmək üçün evindən çıxarkən, onu izləyən keçmiş həyat yoldaşı Gürhan Üzər tərəfindən qarşısı kəsilmişdi. Üzər, özü ilə gətirdiyi bidondakı benzini Pınar Zorlunun üstünə tökərək onu yandırmış və ağır yaralanmasına səbəb olmuşdu.
35 yaşlı Pınar Zorlu 19 gün boyunca Antalya Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yaşamaq uğrunda mübarizə aparmış, lakin 18 yanvar 2025-ci ildə vəfat etmişdi.
Hadisə ilə bağlı açılan cinayət işinin ilk məhkəmə iclası 24 fevral 2025-ci ildə Antalya 4-cü Ağır Cəza Məhkəməsində keçirilsə də, qatil Gürhan Üzər səhhəti səbəbilə iştirak etməmişdi.
Məhkəmədə ifadə verən Pınar Zorlunun atası Ramazan Zorlu, qızının hadisədən əvvəl onu axtararaq qatilin iş yeri qarşısında olduğunu dediyini, xəstəxanaya aparılmamışdan əvvəl isə ona "Oğluma sahib çıx" dediyini söyləmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət