
Süni intellekt kiber cinayətlərin yeni formalarının meydana çıxmasına zəmin yaradır -RƏY
10:24 20.05.2025
Texnologiya
520
"Süni intellekt, rəqəmsal maliyyə sistemləri və kiber mühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur".
Bu fikirlər Prezident İlham Əliyevin "GlobE Network"un altıncı plenar iclas iştirakçılarına müraciətində əksini tapıb.
Dövlət başçısı qeyd edib ki, bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir:
"Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir. Əminəm ki, bu üçgünlük plenar iclas ortaq məqsədlərimizin reallaşmasına əhəmiyyətli töhfə verəcək və korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaqdır".
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Sherg.az-a bildirib ki, Süni intellekt və rəqəmsal maliyyə sistemlərinin inkişafı bəli, korrupsiyanın və digər kiber cinayətlərin yeni formalarının meydana çıxmasına zəmin yaradır:

“Əvvəllər fiziki formada həyata keçirilən bir çox qanunsuz əməliyyatlar bu gün texnologiyanın imkanlarından istifadə edilərək daha gizli və sürətli şəkildə həyata keçirilir. Məsələn, rəqəmsal ödəniş sistemləri vasitəsilə qeyri-rəsmi ödənişlər gizlədilə, kriptovalyutalardan istifadə edilməklə pulların izi itirilə bilər. Eyni zamanda, süni intellekt alqoritmləri ilə tender nəticələrinə təsir göstərmək, saxta məlumatlar əsasında qərar mexanizmlərinə müdaxilə etmək mümkün ola bilər. Kiber məkanda ən çox yayılan cinayətlərə şəxsi məlumatların oğurlanması, fişinq hücumları, bank kartı məlumatlarının ələ keçirilməsi, saxta mobil tətbiqlərlə vətəndaşları aldatmaq və dövlət resurslarına yönəlmiş kiberhücumlar daxildir. Bu reallıqlar fonunda hüquq-mühafizə orqanlarının hazırlığı strateji əhəmiyyət daşıyır. Sevindirici haldır ki, son illər Azərbaycanda bu sahəyə diqqət artıb, xüsusi kiber-təhlükəsizlik bölmələri yaradılıb, texniki imkanlar gücləndirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual