Bakıda DƏHŞƏTLİ qətl: AİLƏ FACİƏSİ YAŞANDI
13:47 19.06.2025
Hadisə
316
Bakıda ata doğma qızını döyə-döyə öldürüb.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Yelmar Atakişiyev həbsdə olduğu müddətdə qızı Cəmalə Atakişiyevanın əxlaqsızlıq etdiyini eşidib və həbsdən çıxandan sonra onu qətlə yetirmək qərarına gəlib.
Bir müddətdən sonra həbsdən çıxan ata qızını izləməyə başlayıb. O, ilk dəfə qızını diş həkiminin kabinetinə qədər izləyib. Həmin vaxt o, Cəmaləni diş həkiminin kabinetində açıq-saçıq geyimdə görüb və kabinetdə onu döyüb.
Daha sonra Yelmar qızının ikinci telefon işlətməsindən şübhələnsə də, Cəmalə bunu boynuna almayıb. Yelmar yenidən qızını izləməyə başlayıb.
Sonuncu dəfə Cəmalə Sumqayıta rəfiqəsi ilə görüşmək adı ilə adıçəkilən şəhərə getmək istədiyini deyib. Yelmar qızı ilə getmək istədiyini desə də, Cəmalə buna etiraz edib.
Nəticədə evdə mübahisə yaranıb və Yelmar qızının əl çantasını əlindən alarkən çantadan ikinci telefon çıxıb. Yelmar telefonu görəndən sonra qızını xüsusi amansızlıqla döyməyə başlayıb.
Hadisə nəticəsində Cəmalə huşunu itirib. Yelmar isə evdən çıxıb gedib, ailə üzvlərinə isə təcili yardıma zəng etməməyi tapşırıb. Ailə üzvləri Cəmalənin ağzından qan gəldiyini görüb, təcili tibbi yardım briqadası çağırıblar. Müayinə zamanı Cəmalənin öldüyü məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Atakişiyev 16 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual