
Rusiya Markovu “sıxdı”, indi əleyhimizə danışır - EKSPERT
16:00 12.08.2025
Gündəm
404
Ancaq onun söylədikləri cəfəngiyyatdır, ABŞ şirkəti Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium yaradacaq
Şuşa Media Forumunda iştirakına görə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovu ölkəsində necə sıxışdırıblarsa, o, bu dəfə Vaşinqton razılaşmasının əleyhinə açıqlama verib. Markov Vaşinqtonda ortaq bəyanata imza atan baş nazir Nikol Paşinyanı həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanət etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ, İranla sərhədə yaxın ərazilərdə gizli məlumatları kəşfiyyat yolu ilə toplamağa başlaya bilər: "İrəvanın xəyanəti yalnız Rusiyaya deyil, həm də İrana qarşıdır. İran uzun illər Ermənistana dəstək verib, amma indi İrəvan ABŞ-a hərbi baza yaratmağa icazə verib. Həmin ərazidə amerikalılar kəşfiyyat sistemləri yerləşdirəcək və gələcəkdə ABŞ-nin İrana qarşı mümkün aqressiyasına dəstək göstərəcək. Bu, həm Rusiyaya, həm də İrana qarşı ikiqat xəyanətdir".

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Sergey Markovun söylədikləri cəfəngiyyatdır. Analitikə görə, ABŞ şirkəti Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium yaradacaq:
"Hamının dörd gözlə baxdığı və baxacağı dəhlizdə amerikalılar kəşfiyyat sistemlərini necə yerləşdirə bilərlər? Əksinə, Ermənistanda kəşfiyyat sistemi quraşdırmaq Rusiya üçün daha asanddır. Çünki, Rusiyanın Gümrüdə Ermənistanın hökumətinin nəzarət edə bilmədiyi hərbi bazası var. Rusiya həmin bazada istədiyini yerləşdirə bilər və bunu illər boyu edib. Markov açıqlamasında Ermənistanın adını çəksə də, dolayısıyla Azərbaycanı da hədəf göstərib. Çünki, dəhlizin açılmasını əsas istəyən dövlət Azərbaycandır və Vaşinqtonda qəbul olunan ortaq bəyanatda Prezident İlham Əliyevin də imzası var. Markov isə Şuşa Media Forumundan sonra Kremldən və Rusiya mediasından ona ünvanlanan tənqidlərdən yaxasını qurtarmaq üçün Zəngəzur dəhlizi ilə bağlı şübhə toxumu yaratmağı qarşısına məqsəd qoyub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya