KİV: Pezeşkian İrəvanda Bakı ilə razılaşmaya cavab axtaracaq
Yusif Nəzərli
08:03 18.08.2025
Cənubi Qafqaz
391
İran Prezidenti Məsud Pezeşkian bu gün İrəvana gəlir. Onun ofisindən verilən məlumata görə, səfərin məqsədi ikitərəfli əlaqələri, xüsusilə də ticarət sektorunda əlaqələrin inkişaf etdirilməsidir. Bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Ermənistan nəşri bildirib ki, Pezeşkian səfərdən əvvəl İran hökumətinin yüksək vəzifəli nümayəndələri ilə məsləhətləşmələr aparıb:
“Müzakirənin diqqət mərkəzində Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizi ilə bağlı son razılaşma olub.
İran prezidenti İrəvana Vaşinqtonda üçtərəfli bəyannamənin imzalanmasından on gün sonra gəlir. Üstəlik, İran hakimiyyətinin sekulyar qanadı (Pezeşkian və komandası) razılaşmaya bir qədər təmkinli reaksiya verərkən, ölkədə aparıcı rol oynayan mühafizəkar qanad kifayət qədər sərt mövqelər sərgiləyir, hədələyirlər.
Pezeşkianın səfərindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, Tehran hadisələri diqqətlə izləyir: “Cənubi Qafqaz regionu bizim və region ölkələri, xüsusən də Rusiya üçün mühüm siyasi, iqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Hadisələri açıq gözlə izləyirik”.
Görünən budur ki, İrəvan hələ də (dəhlizlə bağlı) Tehranın suallarına tam cavab verməyib. Baxmayaraq ki, Baş nazir Paşinyan bu yaxınlarda ABŞ KİV-ə müsahibəsində bu barədə danışıb, xarici işlər nazirinin müavini Vaan Kostanyan Tehranda işgüzar səfərdə olub.
Bütün bunların fonunda Pezeşkian Ermənistana Paşinyandan cavablar almaq və müvafiq olaraq İranın mövqelərini aydınlaşdırmaq üçün gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yeni Partiya CHP-ni xilas etməyəcək" - Türk politoloqla MÜSAHİBƏ
18:37 27.07.2026
Gündəm
Rumıniya rusiyalı diplomatı ölkədən çıxarır
18:16 27.07.2026
Dünya
Dələduzlar artıq "WhatsApp" üzərindən ov edir - EKSPERT RƏYİ
18:11 27.07.2026
Aktual
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm