Musiqiyə qulaq asmaq demans riskini azaldır - ARAŞDIRMA
15:13 05.11.2025
Sağlamlıq
594
Beynin qocalması təkcə yaş, genetika ilə bağlı deyil, həm də mühit və həyat tərzi amilləri ilə formalaşır
Monash Universiteti tərəfindən aparılan yeni araşdırmaya görə, 70 yaş və yuxarı şəxslərin müntəzəm şəkildə musiqiyə qulaq asması və ya musiqi alətində ifa etməsi demans (ağıl zəifləməsi) riskini əhəmiyyətli dərəcədə azaldır.
Sherg.az xəbər verir ki, tədqiqat nəticəsində müəyyən edilib ki, daim musiqiyə qulaq asan insanların demansa tutulma ehtimalı 39 faiz, musiqi alətində ifa edənlərin isə 35 faiz daha azdır.
Səs gətirən bu araşdırma 10 min 800-dən çox yaşlı iştirakçının məlumatlarını əhatə edən ASPREE (“ASPirin in Reducing Events in the Elderly”) və ASPREE Longitudinal Study of Older Persons (ALSOP) adlı alt tədqiqatlar çərçivəsində aparılıb.
Nəticələrə əsasən, musiqiyə qulaq asmağı vərdişə çevirən insanlarda təkcə demans riski deyil, həm də idrak pozğunluğunun (zehni geriləmənin) faizi 17 faiz az olub. Həm dinləmə, həm də ifa etmə fəaliyyətlərini müntəzəm davam etdirən şəxslərdə isə demans riski 33 faiz, idrak pozğunluğu riski isə 22 faiz azalıb.
Araşdırmanı aparan magistr tələbəsi Emma Jaffa bildirib ki, nəticələr “musiqi fəaliyyətlərinin yaşlı fərdlərdə idrak sağlamlığını qorumaq üçün əlçatan bir strategiya ola biləcəyini” göstərir. Bununla belə, o qeyd edib ki, səbəb-nəticə əlaqəsini sübut etmək üçün daha çox araşdırmaya ehtiyac var.
Professor Joanne Ryan isə demansa qarşı hələ də təsirli müalicə üsulunun mövcud olmadığını, buna görə də xəstəliyin başlanmasını önləyəcək və ya gecikdirəcək yolların müəyyən edilməsinin böyük əhəmiyyət daşıdığını deyib.
Ryan əlavə edib: “Beynin qocalması təkcə yaş və genetika ilə bağlı deyil, həm də mühit və həyat tərzi amilləri ilə formalaşır. Tapıntılarımız göstərir ki, musiqiyə qulaq asmaq və ya ifa etmək kimi həyat tərzinə əsaslanan fəaliyyətlər idrak sağlamlığını dəstəkləyir.”
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət