3+3 platforması heç vaxt münaqişələrin həlli üçün... - Elçin Əmirbəyov
3+3 platforması heç vaxt münaqişələrin həlli üçün... - Elçin Əmirbəyov
Yusif Nəzərli
12:36 24.10.2023
Gündəm
353
3+3 platforması (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran, Türkiyə) heç vaxt münaqişələrin həlli üçün platforma olaraq nəzərdə tutulmayıb.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu "BBC" telekanalına müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib..
"3+3 regional məşvərət şurasının yaradılması ideyası 2020-ci ilin sonunda 2-ci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb. İdeya regional əməkdaşlıqda və postmünaqişə dövründə müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyətdə iştirak imkanlarını öyrənmək məqsədilə Cənubi Qafqazın üç dövlətini (Azərbayan, Ermənistan, Gürcüstan), həmçinin üç birbaşa qonşumuzu (Türkiyə, Rusiya və İran) bir araya gətirməkdən ibarət idi. Geniş yayılmış fikir ondan ibarətdir ki, Cənubi Qafqazda dövrü vaxtı bitib və artıq bizim sülhün, sabitliyin möhkəmlənməsi və regionlarımızda inkişafın sürətlənməsi dövrünə keçmək üçün yaxşı şanslarımız var. Kommunikasiya, nəqliyyat, energetika, ticarət, elm və s. sahələrdə praktiki əməkdaşlıq üçün potensial istifadə olunmamış qalmaqdadır", - deyə o, vurğulayıb.
E. Əmirbəyov Tehran görüşünün iştirakçılarının yekunlar üzrə birgə kommunike imzaladıqlarını və burada region ölkələrinin əsas rol oynayaraq regional problemlərin və həll olunmamış məsələlərin həllinə görə məsuliyyət daşımalı olduqlarını qeyd edib. Onun sözlərinə görə, bu, region ölkələrinin Cənubi Qafqazdakı proseslərə nəzarəti gücləndirmək istədiyi və işlərinə istənilən mənfi müdaxiləni rədd etdikləri anlamına gəlir.
"Mahiyyətcə, bu platforma hər hansı münaqişə vəziyyətlərinin həlli üçün platforma olaraq nəzərdə tutulmayıb. Əvvəlcədən Prezident İlham Əliyevin fikri Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra regional əməkdaşlığın tənzimlənməsindən ibarət idi. Lakin əfsuslar olsun ki, öz məqsədlərini güdən və regionda problemlər üzrə öz maraqlarına əsaslanan həlləri zorla yeridən xarici, regiondankənar ölkələr tərəfindən müdaxilələr var. Onlar hər hansı yolla Cənubi Qafqazda gərginliyi şiddətləndirməyə, eləcə də uzunmüddətli sülh perspektivlərini təhdid altında qoymağa çalışırlar", - deyə o, əlavə edib.
E.Əmirbəyov qeyd edib ki, Azərbaycana beynəxalq səviyyədə tanınmış ərazisi üzərində suveren nəzarətini bərpa etdikdən və qanunsuz erməni hərbi birləşmələrinin öz ərazilərində mövcud olmasına son qoyduqdan sonra Ermənistanla Azərbaycanın artıq bir ilə yaxındır ki, masa üzərində qalan sülh sazişi layihəsi üzrə danışıqları yekunlaşdırmaq üçün böyük şansı var.
"Düşünürəm ki, bu gün Ermənistan və Azərbaycan hər ikisi o fikirdədir ki, bu imkandan yararlanaraq bu danışıqları yekunlaşdırmağın vaxtı gəlib çatıb. Lakin bu "3+3" regional müşavirə platformasında həll olunacaq məsələ deyil. Bu, Bakı ilə İrəvan arasında sülh sazişi layihəsində əks olunan təməl prinsiplərə əsaslanan birbaşa ikitərəfli danışıqlar yolu ilə ediləcək", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm