539 il öncəki cinayət - Böyük Britaniya kralı sirri açmaq üçün hərəkətə keçdi
Yusif Nəzərli
08:13 15.10.2022
Gündəm
523
Anası II Yelizavetanın ölümüylə, nəhayət, taxt-tacın “dadını” çıxarmağa başlayan Böyük Britaniya kralı Çarlz 539 il öncə törədilmiş cinayətin açılması üçün isitntaqa başlanmasına izin verib. Bu barədə “NTV.com.tr” məlumat verib. Qeyd edilir ki, kral Çarlz 539 il əvvəl qətlə yetirilmiş 2 şahzadəyə aid olduğu ehtimal edilən sümüklərin DNA testindən keçirilməsi fikrini dəstəkləyib. 539 il əvvəl törədilmiş cinayət İngiltərə tarixinə “Qaladakı şahzadələr” adı ilə düşüb. Kral Çarlzın bu cinayətin araşdırılmasına izin verməsiylə böyük bir sirrin ortaya çıxacağı təxmin edilir. Halbuki, mərhum kraliça II Yelizaveta kral III Riçard və şahzadə V Edvarda aid olduğu ehtimal edilən qalıqların test edilməsinə izin verməmişdi. Kral Çarlz isə arxeologiya elminə xüsusi marağı ilə seçilir. Onun 539 il əvvəl baş vermiş cinayətin araşdırılmasına razılığı həm də bununla bağlıdır. Bu cinayət hadisəsi 1483-cü ildə Londonda baş verib. V Edvard atası İV Edvardın ölümündən sonra taxta çıxmağa hazırlaşarkən kiçik qardaşı ilə birlikdə London qalasında həbs edilir. Taxta isə əmiləri III Riçard sahiblənir. Edvard və kiçik qardaşınınsa məhz III Riçardın əmriylə qətlə yetirildiyi deyilir. Qalaya həbs edilən qardaşlar qeyri-qanuni varislər elan edildikdən sonra bir daha kimsə onları görməyib - əgər danışılanlar doğrudursa, təbii ki, onları qətlə yetirəndən savayı. Bu cinayət hətta Uilyam Şekspirin “III Riçard” əsərində də yer alıb. Və xalq arasında kral ailəsi haqqında müxtəlif rəvayətlərə rəvac verib. Şahzadə qardaşların birdən-birə ortadan yox olması əsrlərdir sirr olaraq qalmaqdadır. İngiltərə kral saraylarının ortaq baş kuratoru Tracy Borman II Yelizavetanın şahzadələrlə bağlı hər hansı araşdırma aparılmasına qarşı çıxdığını, lakin kral Çarlzın fərqli düşüncəyə sahib olduğunu deyib. T.Borman kral Çarlzın şahzadələrlə bağlı DNA testinin aparılıması fikrini dəstəklədiyini və izin verdiyini bildirib. İngiltərə tarixçiləri bununla da nəhayət 539 il əvvəl baş vermiş cinayətin açılacağına ümid edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya