625 ailə SEVİNƏCƏK: “Prezidentə təşəkkür...”
Banuçiçək Kalbalıyeva
13:56 18.03.2021
Gündəm
654
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 625 nəfərə şamil edilib. Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 475 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Bununla yanaşı, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eyni zamanda ömürlük məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad edilib.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş doqquz nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. İslah işləri cəzasına məhkum edilmiş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Cərimə cəzasına məhkum edilmiş 23 nəfər isə cəzadan azad edilib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı bu humanist addım barədə “Sherg.az” danışdı:
“600-dən çox adam Novruz bayramını evində, əzizlərinin arasında qeyd edəcək. Bunun üçün dövlət başçısına ancaq təşəkkür etmək olar. Biz də siyahı təqdim etmişdik.
Həmin siyahıdakılardan 8 nəfər əfv olunub. Qeyd edim ki, əfv olunanlar arasında siyasi və ömürlük məhbuslar da var idi. Bundan sonra da işimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual