ADA Universiteti və Respublika Uşaq Kitabxanası arasında Memorandum imzalanıb
14:47 02.10.2024
Gündəm
445
Oktyabrın 2-si ADA Universiteti Kitabxanası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
"Report" xəbər verir ki, memorandumun məqsədi gənc nəslin nümayəndələri arasında elmi kütləviləşdirmək, dünyada baş verən innovativ inkişaf fonunda uşaq və gənclərin oxumaq ənənəsini qoruyub saxlamaq və onların akademik inkişafını dəstəkləməkdir.
Ölkəmizdə keçirilən 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi zamanı imzalanan sənədi ADA Universitetinin Kitabxana-İnformasiya Xidmətləri Departamentinin direktoru Elçin Məmmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova imzalayıblar.
Elçin Məmmədov bildirib ki, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyini qeyd etdiyimiz bu günlərdə imzalanan Memorandum elmi, biliyi və müvafiq sahə üzrə ədəbi nəşrləri cəmiyyət üzvlərinə, xüsusilə də uşaq və gənclərə əlçatan edir, kitabxana sahəsində əməkdaşlığı gücləndirir.
Üç il müddətində qüvvədə olacaq bu sənəd kitabxana işi sahəsində təcrübə və informasiya resurslarının, onlayn kataloq və rəqəmsal xidmətlərin mübadiləsini, uşaq ədəbiyyatı və əlaqəli sahələr üzrə çap və audio-vizual materialların qarşılıqlı istifadəsini təmin edəcək, habelə uşaq və gənclərə kitabxanadan müddətli istifadə hüququ qazandıracaq.
Memorandum çərçivəsində tərəflər beynəlxalq seminar, elmi konfrans, dəyirmi masalar təşkil edəcək və qarşılıqlı maraqdan irəli gələn yerli və beynəlxalq layihə və proqramlarda birgə iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat