AHİK - Mediasiya Şurası: memorandum imzalanıb
06:24 12.10.2024
Gündəm
478
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş olub.
Görüşdə AHİK və Mediasiya Şurasının vəzifələri və funksiyaları, hər iki qurumun reallaşdırdığı layihələr barədə danışılıb, həmçinin birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə AHİK-in fəaliyyətinin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib. Bildirib ki, əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Ölkəmizdə həmkarlar ittifaqlarının dinamik inkişafı və nüfuzunun artırılması, əmək hüquqlarının etibarlı müdafiəsi və üzvlərin məmnunluğunun təmin edilməsi üçün sistemli iş aparıldığı da nəzərə çatdırılıb.
Həmçinin sosial-iqtisadi münasibətlərin tərəfdaşlıq prinsipləri üzərində qurulması, mürəkkəb məsələlərin həllində sosial dialoqa üstünlük verilməsinin diqqətdə saxlanıldığı qeyd olunub.
AHİK sədri işəgötürənlə işçi, habelə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin müsbət həllində həmkarlar ittifaqları ilə mediasiya nümayəndələrinin birgə əməkdaşlığının səmərəli ola biləcəyini vurğulayıb.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə söz açıb, mediasiya sahəsindəki uğurlu nəticələri qeyd edib. Həmçinin o, məhkəməyə qədər əmək mübahisələrinin həllində birgə fəaliyyətin perspektivlərini müsbət dəyərləndirib və bunun işçi hüquqlarının qorunmasına etibarlı zəmin yaradacağına əminliyini ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, bir daha birgə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, əmək müfəttişləri üçün təlimlərin təşkili və digər müvafiq təkliflər səsləndirilib.
Sonda AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat