Aktauda elmi konfrans: “Heydər Əliyevin Türk dünyasının möhkəmləndirilməsində rolu”
14:09 13.12.2023
Gündəm
291
Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində “Ümummilli Lider Heydər Əliyevin Türk dünyasının möhkəmləndirilməsində rolu” mövzusunda elmi konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Beynəlxalq münasibətlər və turizm” kafedrasının birgə təşkilatçılığı və Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin, Azərbaycandan gələn qonaqlar, universitetin müəllimləri və tələbələri iştirak ediblər.
Yessenov Universitetinin prezidenti Berik Ahmedov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulayıb.
Konfransda Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elçin Məmmədov, Azərbaycanın Xalq yazıçısı Elmira Axundova, “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov çıxış ediblər. Heydər Əliyevi ölkəmizin və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu adlandıran natiqlər onun həyat və fəaliyyətinə diqqəti cəlb edib, Ulu Öndərin mühüm xidmətlərindən söz açıblar.
Elmira Axundova görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb və qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabını təqdim edib.
Sonra “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professoru Əhməd Demeyevin “Qazaxıstan-Azərbaycan: birgə gələcəyə doğru” mövzusunda məruzəsi dinlənilib.
Konfransdan sonra qonaqlar “Azərbaycan Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə