- Amnistiya Aktının qəbulu çox müsbət addım olar və bir çox problemlərin həllində biz hüquq müdafiəçilərinə yardımçı ola bilər. Məlumdur ki, Amnistiya Aktı ilə daha çox insan azadlığa çıxır. Hansısa nisbətən yüngül maddələrlə məsuliyyətə cəlb olunanlar, müəyyən müddətə azadlıqdan məhrum edilənlər azadlığa çıxır. Burada söhbət qatı cinayətkarlardan, mütəşəkkil cinayətkarlıqdan, Vətənə xəyanətdən getmir. Bəzən, hansısa səhv, səhlənkarlıq, yanlışlıq səbəbindən cinayət əməli törədib məsuliyyətə cəlb edilənlər olur. Amnistiya Aktı ilə belə şəxslərin azadlığa çıxması onlara həyatda yeni şans vermək, həyatlarını ləyaqətli vətəndaş olaraq davam etdirməyə imkan tanıyır. Amnistiya Aktı bu baxımdan önəmlidir.
Amnistiya Aktına çox ehtiyacımız var - AÇIQLAMA
07:36 04.10.2024
Gündəm
480
Səadət Bənənyarlı: “Bu, çox müsbət addım olar və bir çox problemlərin həllində biz hüquq müdafiəçilərinə yardımçı ola bilər”
8 noyabr – Zəfər Bayramı ərəfəsində Amnistiya Aktının imzalanması gözləniləndir. Amnistiya Aktı ilə bağlı təkliflər artıq səslənməyə başlayıb. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin iclasında Amnistiya Aktının qəbul olunmasını təklif edib: “Biz müstəqillik əldə edəndən sonra ilk dəfə 20 sentyabrda dövlət suverenliyi gününü qeyd elədik - həmin gün münasibətilə və Zəfər Bayramına qədər ölkəmizdə milli həmrəyliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirmək üçün bir Amnistiya Aktı qəbul olunsun. Və bu amnistiya aktı dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olunmaqla digər şəxslərə şamil olunsun. Düşünürəm ki, COP29 ərəfəsində belə bir aktın qəbul olunması da ölkəmizin və dövlətimizin maraqlarına cavab vermiş olar, humanist bir addım kimi həm də həmin şəxslərin tərbiyələnməsinə, yenidən cinayətlər törətməməsinə də bir töhfə vermiş olar”.
Beynəlxalq İnsan Haqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, millət vəkili vacib məsələyə toxunub:
- Amnistiya Aktının qəbulu çox müsbət addım olar və bir çox problemlərin həllində biz hüquq müdafiəçilərinə yardımçı ola bilər. Məlumdur ki, Amnistiya Aktı ilə daha çox insan azadlığa çıxır. Hansısa nisbətən yüngül maddələrlə məsuliyyətə cəlb olunanlar, müəyyən müddətə azadlıqdan məhrum edilənlər azadlığa çıxır. Burada söhbət qatı cinayətkarlardan, mütəşəkkil cinayətkarlıqdan, Vətənə xəyanətdən getmir. Bəzən, hansısa səhv, səhlənkarlıq, yanlışlıq səbəbindən cinayət əməli törədib məsuliyyətə cəlb edilənlər olur. Amnistiya Aktı ilə belə şəxslərin azadlığa çıxması onlara həyatda yeni şans vermək, həyatlarını ləyaqətli vətəndaş olaraq davam etdirməyə imkan tanıyır. Amnistiya Aktı bu baxımdan önəmlidir. S.Bənənyarlı qeyd etdi ki, Amnistiya Aktı Əfv komissiyasında müzakirəyə çıxarılmır, bu məsələ Milli Məclisin səlahiyyətinə daxildir:
- Bildiyimiz kimi, Amnistiya Aktı parlamentdə qəbul olunur. Aktın qəbulu üçün cəzaçəkmə müəssisələrindən müraciətlərin daxil olmasına da ehtiyac yoxdur. Çünki Amnistiya Aktı Cinayət Məcəlləsinin konkret maddələrinə şamil edilir. Amnistiya aktları hazırlanarkən mövcud şəraitə uyğun olaraq hansısa maddələr aktdan ya çıxarılır, ya da əlavə edilir. Amnistiya Aktının hansı maddə ilə məhkum edilmiş məhbuslara şamil olunacağı hansı maddələrin Akta daxil ediləcəyindən asılıdır. Nəzərə alsaq ki, Amnistiya Aktı ilə daha çox məhbus azadlığa çıxır, bu aktın qəbulu həmişə müsbət qarşılanır. Hazırkı zamanda bizim buna çox ehtiyacımız var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə