Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Ankara İran ətrafında davam edən müharibə ilə bağlı mövqeyini açıq şəkildə müəyyənləşdirib və müharibənin mümkün qədər tez bitməsini istəyir.
Sherg.az xəbər verir ki, o, Türkiyə hava məkanında məhv edilən raketlərlə bağlı da danışaraq bildirib ki, belə halların təkrarlanmaması üçün İrana dəfələrlə xəbərdarlıq edilib. Yılmaz həmçinin vurğulayıb ki, Türkiyə həm NATO üzvü kimi, həm də öz təhlükəsizliyi baxımından bütün tədbirləri görməyə davam edir.
Vitse-prezident əlavə edib ki, Türkiyə son illərdə müdafiə sənayesində böyük irəliləyiş əldə edib və “Çelik Kubbe” adlı süni intellekt dəstəkli hava müdafiə sistemi üzərində ciddi iş aparılır. O, həmçinin ölkənin makroiqtisadi əsaslarının möhkəm olduğunu və Türkiyənin regional böhranlara qarşı davamlı iqtisadiyyata sahib olduğunu bildirib.