AZAL 6 ədəd yeni təyyarə alır
09:10 02.10.2024
Gündəm
515
Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç “A320neo” və üç “A321neo” təyyarəsinin tədarükü planlaşdırılır.
Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb.
“Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur “A321neo” təyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, “AerCap” kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir”, – deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.
Qeyd edək ki, “A321neo” təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. “A321neo” təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. “A320neo”ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.
“AerCap” AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. “A320neo” və “A321neo” dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur. Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik”, – deyə “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson bildirib.
“Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib.
Təkmilləşdirilmiş aerodinamikası sayəsində “A320neo” və “A321neo” həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat