Azərbaycan Ordusu Naxçıvanda növbəti təlim keçirdi - VİDEO
Yusif Nəzərli
13:37 06.04.2022
Gündəm
385
Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib.
Bu barədə Nuhçıxan İnformasiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır.
“Həyəcan qrupu” hadisə baş vermiş əraziyə, “Hərbi pərdələyici dəstə” sərhəd naryadları isə dövlət sərhədinin pozulduğu istiqamətdə təyin olunmuş hüdudlar boyu ərazinin qapadılması üçün hərəkət edirlər. Dövlət sərhədinin pozulması əlamətləri aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir. Sərhəd komendantlığının mobil qrupları və sərhəd zastavalarından cəlb olunmuş axtarış qrupları tərəfindən dövlət sərhədinin pozulduğu istiqamətdə axtarış tədbirləri həyata keçirilir.
Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Axtarış rayonunda sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi qapadılır. Birgə fəaliyyət zamanı təcrid edilmiş ərazilərdəki yaşayış məntəqələrində naməlum şəxslər haqqında məlumatların toplanılması məqsədilə əraziyə yaxın yollarda reydlər keçirilir, əməliyyat rayonunun giriş-çıxış yollarında nəzarət məntəqəsi xidməti təşkil olunur.
Aparılmış uğurlu axtarış tədbirləri nəticəsində aşkar olunmuş sərhəd pozucuları mühasirəyə alınaraq yaxalanır və sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.
Təlimin yekununda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin birinci müavini - qərargah rəisi, polkovnik Muxtar Həmzəyev birgə fəaliyyət nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq