
Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı hörmət və etimada söykənir - ŞƏRH
Yusif Nəzərli
17:21 23.02.2025
Gündəm
677
Pakistan bu gün bir türk dövləti deyilsə də, tarixən Azərbaycanla, o cümlədən Türküstanla iç-içə olub
Azərbaycanla Pakistan əlaqələri növbəti uğurlu mərhələyə qədəm qoyur. Bu günlərdə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri iki dövlət arasındakı dostluq, starteji tərəfdaşlıq münasibətlərində yeni səhifə açır.
İki dövlət arasındakı əlaqələrə nəzər saldıqda Ermənistanın ötən əsrin sonlarından ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları ilə başlanan hərbi təcavüzü zamanı Pakistan Azərbaycanın mövqeyini birmənalı şəkildə necə müdafiə etdisə, 44 günlük Vətən müharibəsində bizə dost-qardaş münasibətini davam etdirərək siyasi müstəvidə Azərbaycanın haqlı davasını müdafiə etdi. Bu gün də Azərbaycanla Pakistan dost ölkə, müxtəlif sahələrdə etibarlı tərəfdaşdır.

Siyasi şərhçi Azər Həsrət “Shegr.az”a açıqlamasında bildirdi ki, Azərbaycan-Pakistan münasibətlərinin tarixi uzaq keçmişə dayanır və iki dövlət arasındakı əlaqələr qarşılıqlı hörmət, etibar və etimada söykənir:
- Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, Pakistan böyük türk coğrafiyasının bir parçasıdır. Pakistan bu gün bir türk dövləti deyilsə də, tarixən Azərbaycanla, o cümlədən Türküstanla iç-içə olub. Ümumiyyətlə bizim ortaq tariximiz var və olub və bundan sonra da olacaq. İkinci bir tərəfdən, dünya dövlətləri arasında Pakistan həqiqətən də bizə çox yaxın münasibət bəsləyən bir dövlətdir. İstər ikitərəfli münasibətlərdə, istərsə də çoxtərəfli platformalarda biz həmişə Pakistanla xoş münasibətlərdə olmuşuq. İki dövlət, iki ölkə arasında bir-birini narazı salacaq hər hansı hərəkətlər müşahidə edilməyib. Xüsusən müstəqiliyimizin bərpasından sonra Pakistan birmənalı şəkildə həmişə Azərbaycanın yanında olub, dost, qardaş, etibarlı tərəfdaş kimi çıxış edib. Ermınustanla da dioplomatik əlaqələr qurmayıb. Şəxsən mən özüm də beynəlxalq platformalarda iştirak edən şəxs olaraq pakistanlı dostlarımızı həmişə yanımızda görmüşəm, onların dəstəyini hiss etmişəm. Onları Azərbaycana dəvət etmişəm, burda görüşlərimiz, söhbətlərimiz olub. Eləcə də biz nə zaman, harada Pakistanını adı keçibsə, həmişə onların tərəfində olmuşuq, Pakistan dövləti və xalqının mənafeyini müdafiə etmişik. Şəxsən mənim belə bir fəallığım 2023-cü ilin iyun ayında Cenevrədə BMT-nin İnsan Haqları Şurasının toplantısında Kəşmirlə bağlı müzakirə aparılarkən oldu. Kəşmir məsələsində bir azərbaycanlı olaraq dövlətimizlə üst-üstə düşən mövqeyimi ifadə etdim və bu da pakistanlı nümayəndələrin çox xoşuna gəldi, tədbirdən sonra mənə yaxınlaşdılar, ayrıca söhbət etdik. Biz, ictimai fəallar, jurnalistlər olaraq, istərsə də dövlət təmsilçiləri olaraq Pakistanla o qədər yaxınıq ki, münasibətlərimiz həqiqətən də bir-birimizin faydasına xidmət edir. Bu baxımdan Pakistan Azərbaycan üçün vazkeçilməz, ayrılmaz, imtina edilə bilməyəcək beynəlxalq tərəfdaşdır, bizim üçün yabançı dövlət deyil. Bir daha vurğulamaq istərdim ki, Pakistan həm də böyük türk coğrafiyasının bir parçasıdır, tarixən belə olub, bundan sonra da belə olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media