Azərbaycan və Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı Saziş imzalayacaq
Yusif Nəzərli
09:30 24.02.2023
Gündəm
525
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası Saziş imzalanacaq.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İmzalanma bu gün keçiriləcək 1-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumunda baş tutacaq.
Sənəddə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Məlumata görə, Özbəkistana səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.
Görüşdə M. Cabbarov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər ölkələrimiz arasında strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Əldə olunmuş razılıqlara uyğun olaraq qısa müddət ərzində görülən işlər, tərəfdaşlığın gücləndirilməsi üçün həyata keçirilən nəticəyönümlü tədbirlər yüksək qiymətləndirilir. Bu baxımdan, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmləndirilməsi, səmərəli nəticələrin əldə olunması əsas hədəflərdəndir.
Ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığını inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, diqqətə çatdırılıb ki, Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilmiş iclasında əldə olunmuş razılıqların uğurla həyata keçirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bildirilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Özbəkistanla qarşılıqlı investisiya qoyuluşu sahəsində tərəfdaşlığın gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə ticarət, investisiya, sənaye, “Araz Vadisi” İqtisadi Zonası və Ağdam sənaye parklarına, Ələt Azad İqtisadi Zonasına Özbəkistan şirkətlərinin cəlb edilməsi, rəqəmsal iqtisadiyyat və s. istiqamətlər üzrə tərəfdaşlıq üçün geniş potensial olduğu vurğulanıb, Özbəkistan iş adamları fəal əməkdaşlığa dəvət olunub.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə olunub.
Qeyd olunub ki, Daşkənddə Heydər Əliyev meydanında ümummilli liderin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm