Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyasının iclası keçirilir
12:40 08.12.2023
Gündəm
310
Dekabrın 8-də Milli Məclisdə Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci yubiley iclası keçirilir.
"Sherg.az" xəbər verir ki, yubiley iclasında hər iki ölkənin parlament nümayəndələri iştirak edirlər.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Rusiya ilə ölkəmiz arasında qarşılıqlı münasibətlərin yüksək inkişaf tempinə toxunub. Əli Hüseynlinin sözlərinə görə, ölkələrimizin qarşılıqlı əməkdaşlığı dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğundur.
Əli Hüseynli bu ilin sentyabr ayında ölkəmizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsini diqqətə çatdırıb.
Parlamentari onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncama əsasən, gələn ilin 7 fevralında ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Əli Hüseynli çıxışının sonunda Qazaxda Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin delimitasiya məsələləri ilə bağlı görüşünün də əhəmiyyətini qeyd edib.
İclasda çıxış edən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin parlament səviyyəsində gücləndiyini qeyd edib. Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin müsbət tendensiya ilə davam etdiyini diqqətə çatdıran Yatskin qeyd edib ki, ölkələrimizin regionları arasında əlaqələrin gücləndirilməsi nəticəsində 70-də artıq region bir-biri ilə sıx əməkdaşlıq edir.
O, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini vurğulayaraq Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Gələn il keçiriləcək forumlara və görüşlərə yüksək əhəmiyyət verdiyini diqqətə çatdıran Yatskin vurğulayıb ki, həmin görüşlərdə hər iki ölkə parlamentlərinin nümayəndə heyətlərinin iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Yubiley iclasında “Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi”, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi meyilləri və perspektivləri”, “Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının təcrübəsi və inkişaf yolları”, “Dördüncü Avrasiya Qadınlar Forumuna hazırlıq” və “Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iyirmi birinci iclası” mövzusunda məruzələr dinləniləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə