Azərbaycanda yeni mədən texnikaları təqdim edilib
17:01 12.12.2023
Gündəm
509
“Azerbaijan International Mining Company Limited” (AIMC) dekabrın 11-də Gədəbəydə keçirilən təqdimat zamanı yeni “Caterpillar” yeraltı mədən avadanlıqlarını təqdim edib.
“Sherg.az” xəbər verir ki, mərasimdə AIMC-nin əsas etibarilə təhlükəsizliklə qurulmuş, müasir standartlara riayət etmək və mədənçıxarma sektorunda inkişafı təşviq etmək, nəticədə istehsal potensialını artırmaq üçün nəzərdə tutulmuş ən müasir, yeni nəsil maşınları nümayiş etdirilib.
AIMC-nin vitse-prezidenti Stiven Vesthed çıxışında vurğulayıb ki, Geologiya və mədənçıxarma sahəsində aparılan sistemli islahatlar və hərtərəfli səylər nəticəsində ölkənin dağ-mədən sənayesi müasir inkişaf mərhələsinə qədəm qoyub. Yeraltı avadanlıqlar şirkətin hazırda tikilməkdə və işlənməkdə olan yeni Gilar mədənində istifadə olunacaq. Yeraltı avadanlığın istifadəsi üçün avadanlıq operatorları və avadanlıqlara texniki qulluq və yardımçı heyət daxil olmaqla, təxminən 50 yeni yerli işçinin işə götürülməsi tələb olunacaq. Hazırda şirkətinin Gədəbəydəki zavodunda 1639 işçisindən 1100 nəfəri Gədəbəy rayon sakinləridir ki, bu da AIMC-nin regionun insan kapitalının gücləndirilməsinə sadiqliyini vurğulayır. Bundan əlavə, şirkət həm də yerli sakinləri şirkətin podratçıları olaraq işlə təmin edir.
Media nümayəndələri R1700 yeraltı yükləyici və iki 980UMA yeraltı yükləyicidən ibarət yeraltı mədən texnikası haqqında ətraflı məlumat əldə ediblər. Mədənçıxarma sənayesində yüksək keyfiyyəti və etibarlılığı ilə tanınan məşhur “Cat” brendi tərəfindən istehsal edilən maşınlar sələfləri ilə müqayisədə daha güclüdür və optimal performansı, təkmilləşdirilmiş yanacaq səmərəliliyini təmin edən yeni “powershift” transmissiyası kimi bir çox yeni xüsusiyyətlərə malikdir. Həmçinin operator yeri təkmilləşdirilmiş və daha rahatdır. Daha yaxşı giriş nöqtələri, çoxsaylı yanğınsöndürmə sistemləri və təkmilləşdirilmiş görmə və işıqlandırma daxil olmaqla bir çox yeni təhlükəsizlik xüsusiyyətləri əlavə edilib.
Stiven Vesthed növbəti ildə şirkətin yeni müasir avadanlıqlarla təmin olunmasının nəzərdə tutulduğunu qeyd edib.
Lenti kəsdikdən sonra media nümayəndələrinə müsahibə verən AIMC-nin prezidenti Reza Vəziri mədənçıxarma sektorunda mühüm mərhələlərə nail olmaq üçün yeni texnologiyaların tətbiqinin vacib olduğunu vurğulayıb. O, mərasimdə təqdim olunan avadanlığın təməlqoyucu olduğunu və “Caterpillar” yeraltı avadanlıqlarının Azərbaycanda ilk dəfə tətbiq olunacağını bildirib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, AIMC Azərbaycan Respublikası Hökuməti ilə "R.V. Investment Group Services LLC" (ABŞ) arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycanda müxtəlif qızıl və mis yataqlarının kəşfiyyatı, idarə edilməsi və saziş çərçivəsindəki əməliyyatların həyata keçirilməsi ilə fəal şəkildə məşğul olur. Şirkətin portfelinə Hasilatın Pay Bölgüsü Sazişinə əsasən 51 faizlik paya sahib olan Azərbaycan Respublikası Hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrlə, digər lisenziya sahələri ilə yanaşı, Qoşa və Gədəbəy mədənləri də daxildir.
Xatırladaq ki, Azərbaycanda qızıl hasilatı sənayesinin yaradılmasına Prezidentin 5 fevral 1996-cı il tarixli “Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə” fərmanı ilə başlayıb. Daha sonra, 20 avqust 2022-ci ildə ABŞ-ın "RV Investment Group Services LLS" şirkəti ilə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sazişə və onun 20 iyun 2022-ci il tarixli dəyişikliyinə əsasən, AIMC-yə Zəngəzur iqtisadi zonasında yerləşən Qızılbulaq, Dəmirli və Vejnəlidə qızıl, mis və polimetal yataqlarının işğaldan azad edildikdən sonra kəşfiyyatı və işlənməsi səlahiyyəti verilib.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə