Beynəlxalq konfrans iştirakçıları Şuşa şəhərinə səfər ediblər
16:35 03.10.2024
Gündəm
540
“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusundakı beynəlxalq konfransın iştirakçıları Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər edib.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onlar Şuşa şəhərinin mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, qala divarları ilə tanış olublar.
Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Qonaqlar həmçinin ötən il Şuşa həbsxanasının ərazisində aşkarlanmış kütləvi məzarlığın aşkarlandığı əraziyə də baş çəkiblər.
Bildirilib ki, ötən il bu ərazidə 31 nəfərə aid olması ehtimal edilən insan qalıqları aşkarlanıb: “Bir-birinin üzərində tapılmış qalıqların üzərində zədə izləri varıydı. Toplanmış materiallar faktlarka təsdiq edirdi ki, buradakı insanlara çoxsaylı işgəncələr verilib və onlarla qeyri-insani rəftar edilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat