Bolqarıstan COP29-a namizədliyini Azərbaycanın xeyrinə geri çəkib
15:27 08.12.2023
Gündəm
404
Bolqarıstan gələn il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək təklifini geri götürərək konfransın Azərbaycanda keçirilməsinə zəmin yaradıb.
APA "Politico"ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın ətraf mühit naziri Julian Popov bildirib.
Ölkə konfransa ev sahibliyi etməklə bağlı namizədliyinin geri çəkilməsi ilə əlaqədar məktubu bu gün axşam göndərir.
Bolqarıstanın Ətraf Mühit Nazirliyi tərəfindən göndərilən bəyanatda deyilir: “Xoşməramlılıq ruhunda və Şərqi Avropa Qrupunun ev sahibliyi etdiyi uğurlu iqlim konfransı naminə Bolqarıstan Respublikası bununla COP29-a ev sahibliyi etmək üçün öz namizədliyini geri götürür. Ona görə də biz Azərbaycan Respublikasının namizədliyinə dəstəyimizi bildiririk”.
Politico" yazır ki, konfrans rotasiyaya uyğun olaraq BMT-nin beş regional qrupu arasında keçirilir və Şərqi Avropa gələn il konfransa ev sahibliyi edəcək. Lakin Rusiya Ukraynanı işğal etdiyinə görə Aİ-nin Moskvaya sanksiya tətbiq etməsinə cavab olaraq, Bolqarıstan kimi ölkələrin ev sahibliyi etməsinə mane olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə