Britaniya parlamentinin Lordlar Palatasında COP29-a dəstək ifadə edilib
15:37 15.10.2024
Gündəm
492
Böyük Britaniya parlamentinin Lordlar Palatasında 4-cü Qlobal Enerji Həftəsinin açılış tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Lordlar Palatasının üzvləri, beynəlxalq, eləcə də Britaniyaya məxsus enerji şirkətlərinin nümayəndələri və diplomatik korpus üzvlərinin qatıldıqları tədbirdə təşkilatçıların dəvəti əsasında Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da iştirak edib.
Alternativ enerji, hidrogen resursları, enerji keçidi və enerji təhülkəsizliyi kimi mövzuların müzakirə edildiyi tədbir müddətində iqlim fəaliyyətinin irəli aparılmasında COP29-un əhəmiyyəti dəfələrlə vurğulanıb. Tədbirin açılış mərasimində çıxış edən Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya məsələləri üzrə dövlət naziri Lord Hunt Britaniyada yenicə hakimiyyətə gələn Leyborist hökumətinin yaşıl keçid məsələsini siyasi kursun mərkəzinə qoyduğunu diqqətə çatdırıb. Azərbaycanda keçiriləcək COP29-un vacib əhəmiyyətinə toxunan britaniyalı nazir ölkəsinin bu xüsusda Azərbaycanla yaxından əməkdaşlıq etməsini və COP29-un uğurla nəticələnməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazır olduğunu məmnunluqla vurğulayıb.
Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans iqlim dəyişikliyi və yaşıl keçid məsələsinin önəmi barədə danışarkən COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim danışıqlarına şərait yaratmaq kimi məsuliyyətli işi öhdəsinə götürdüyünə görə Azərbaycana təşəkkür edib. O, COP29-un Bakı şəhərində uğurla təşkil ediləcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat