Britaniyanın müdafiə naziri: “NATO ölkələri Ukraynaya döyüş təyyarələri verə bilər”

“NATO Ukraynaya ölkələri döyüş təyyarələri verə bilər”.

“Report” “Sky news”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

O bildirib ki, MİQ-19-ların Ukraynaya tədarükü ilə bağlı danışıqlar gedir:

“Beləliklə, Alyans müharibədə iştirak etməyəcək. Lakin NATO üzvü olan ölkələr Hərbi Hava Qüvvələrinin avadanlıqlarını və ya MiQ-29-ları Ukraynaya verə bilər”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.