Brüssel görüşündən ən çox narahat olan Rusiyadır
Yusif Nəzərli
04:18 07.04.2022
Gündəm
435
Ermənistandakı aksiyaları "Qarabağ klanı"nın əli ilə Kreml təşkil edib
Ermənistanda müxalif qüvvələr etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Nikol satqındır”, “Ermənistan, qalx” və s. şüarlar səsləndiriblər. Mitinqdə çıxış edənlər “nəyin bahasına olur-olsun” yenə müharibəyə çağırış ediblər. Aksiyanın “bəyanatında” Qarabağa iddialar da əksini tapıb. Qarabağın Azərbaycanın tərkibində heç bir statusla olmamasına xüsusi “vurğu” edilib.
Görünür, 44 günlük savaş və Ermənistan ordusunun darmadağın olması ermənilərə dərs olmayıb. Etirazları şərh edən analitiklərin fikrincə, Ermənistandakı revanşistlərin məqsədi Azərbaycanla sülh prosesinin başlanmasına mane olmaq, İrəvan hökumətinin öz öhdəliklərini icra etməsinə əngəl törətməkdir.
Politoloq Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda yaşanan hadisələrin həm daxili, həm də xarici səbəblərinə baxmaq lazımdır. Ekspert vurğulayıb ki, etirazların daxili səbəbi odur ki, 30 il ərzində ölkəni korrupsiya, qohumbazlıq, yerlibazlıq bataqlığına çəkmiş cinayətkar generallardan ibarət “Qarabağ klanı” yenidən hakimiyyəti ələ keçirmək istəyir:
“Revanşistlərin təxribatları gözləniləndir. Müxalifət hər xırda detaldan Baş nazir Nikol Paşinyana qarşı istifadə edərək çevrilişə nail olmağa çalışırlar. Ona görə də vaxtaşırı “Nikol xaindir”, “Türkiyə və Azərbaycan agentidir” kimi şüarlar səsləndirirlər. Belə təxribatları çox görəcəyik. Nikol Paşinyanın yenidən “status” və “həmsədrlər” məsələsinə qayıtmasının əsas səbəbi də müxalifətin təzyiqlərindən dolayı məcburən “sərt ritorikaya” keçməsidir”.
Siyasi şərhçiyə görə, Brüssel görüşündən narahat olan xarici qüvvələr də var. Xüsusən, Rusiyanın narahatlığı daha ciddidir: “Nəzərə alaq ki, Azərbaycan və Ermənistan tərəfləri arasında keçirilən onlarla görüşün ən uğurlusu birinci Brüssel görüşü olub. Məhz həmin görüşdən sonra İrəvan hökuməti Zəngəzur dəhlizinin ilk ayağı olan dəmiryol xəttinin çəkilməsinə razılıq vermişdi. Amma Moskvada, Soçidə və başqa yerlərdə dəfələrlə görüş baş tutsa da, real nəticə əldə edə bilməmişik. Rusiya Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi ilə baş tutan əvvəlki görüşə qısqanclıqla yanaşmışdı. İndi də eyni reaksiyanı verir, çünki budəfəki Brüssel görüşündən ciddi nəticələr gözlənilirdi. Müsbət gözləntilər var idi. Rəsmi Bakının İrəvana görüş öncəsi 5 baza prinsipini təklif etməsi, Ermənistanın buna etiraz bildirməməsi deməyə əsas verirdi ki, hər iki tərəf kompromisə uyğun adekvat mövqe ortaya qoymağa hazırdır. Rusiya Avropa İttifaqının bölgədə güclənməsini və tərəflər arasında vasitəçilik etməsini qətiyyən istəmir. “Qarabağ klanı”nın Paşinyana qarşı təşkil etdiyi etiraz aksiyaları Azərbaycan-Ermənistan arasında sülhə mane olmaq məqsədi daşıyır. Bu da “Qarabağ klanı” ilə yanaşı, həm də Moskvanın işinə yarayır”.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya