Ceyhun Bayramov Koreya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Yusif Nəzərli
15:12 25.08.2022
Gündəm
401
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Koreya Prezidentinin xüsusi nümayəndəsi So Byoq Sunun rəhbərliyi altında nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.
C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu bildirib. Nazir bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunduğunu və ölkələrimiz arasında artan siyasi dialoqun, qarşılıqlı səfərlərin, ötən ay nazir müavinləri səviyyəsində Koreyada siyasi dialoqun münasibətlərin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu qeyd edib. Parlamentlərarası münasibətlərin əhəmiyyət daşıdığı, bu çərçivədə, Koreya Parlamentində Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri kimi So Byonq Sunun səylərindən məmnunluq ifadə olunub. Nazir, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini və bu xüsusda, Azərbaycan və Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətini vurğulayıb. Koreya Respublikası ilə ölkəmiz arasındakı alternativ enerji resursları, işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi və s. yeni istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin olduğu diqqətə çatdırılıb. O, eyni zamanda, ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.
So Byoq Su iki ölkə arasında əlaqələrin uğurlu inkişafını qeyd edib, Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, təhsil, energetika, informasiya texnologiyaları, investisiya və digər sahələrində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair əsas prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib. O, 2009-cu ildə Parlamentin Azərbaycan-Koreya Dostluq Qrupunun rəhbəri qismində ölkəmizə səfərini xatırlayaraq, o zamandan bəri ölkəmizin necə inkişaf etdiyinin şahidi olduğunu, Koreya tərəfinin ölkəmiz ilə elektron hökumət, alternativ enerji, kənd təsərrüfatı, təhsil, “ağıllı şəhərlərin” yaradılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Nazir daha sonra 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.
Görüşdə həmçinin dövlətlərimizin beynəlxalq təşkilatlarda və platformalarda qarşılıqlı dəstək kimi məsələlərə diqqət yetirilib, qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm