Ceyhun Bayramov QDİƏT XİN başçıları Şurasının iclasında çıxış edib
12:26 15.12.2023
Gündəm
429
15 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.
XİN-dən verilən xəbərə görə, 2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan Təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib.
Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb. Bu sahədə, tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb.
Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.
Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov, hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.
Oxşar xəbərlər
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Hikmət Hacıyev: Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür
19:33 16.09.2026
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya