“Partiya tarixində bir başqana verilən ən yüksək dəstəyi göstərdiniz. Bu uğur sizin mesajınızdır”
CHP-nin 39-cu Qurultayında Özgür Özəl 1333 səslə yenidən partiyanın başqanı seçilib.
Sherg.az xəbər verir ki, Ankara Spor Salonunda keçirilən qurultayın ikinci günündə Divan sədri Ayşe Ünlüce Özəlin tək namizəd olduğunu açıqlayıb.
Beləliklə, Özgür Özəl ardıcıl olaraq dördüncü dəfə, son bir il ərzində isə üçüncü dəfə CHP Başqanı seçilmiş oldu. Qurultay sabah PM və YDK üzvlərinin seçkiləri ilə davam edəcək.
Nəticələr elan olunduqdan sonra çıxış edən Özəl partiyadaşlarına belə səsləndi:
“Partiya tarixində bir başqana verilən ən yüksək dəstəyi göstərdiniz. Bu uğur sizin mesajınızdır.”
Özəl, partiya proqramının yeniləndiyini və CHP-nin iqtidar üçün hazır olduğunu da vurğuladı.