Con Podesta: "ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir"
15:45 11.10.2024
Gündəm
408
"ABŞ Azərbaycanın COP29-da sədrliyini yüksək qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyev ekologiya naziri Muxtar Babayev və xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə güclü komanda təyin edib".
"Report" xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Biz Azərbaycanın COP29-a ev sahibliyi etməyə razılıq verdiyi bir ildən az müddət əvvəl prioritetləri razılaşdırmışıq", - o bildirib.
Xüsusi müşavir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini diqqətə çatdırıb: "Biz bir sıra məsələlər, o cümlədən COP29-un uğurla keçirilməsinə hazırlıq, eləcə də Ermənistanla uzunmüddətli və layiqli sülh sazişinin bağlanması üçün davam edən səylər barədə fikir mübadiləsi apardıq".
Onun sözlərinə görə, COP29-un keçirilməsi iqlim dəyişikliyinin təsirlərinin bütün dünyada müşahidə edildiyi kritik onillikdə kritik mərhələyə təsadüf edir: "Onlar açıq şəkildə göstərdilər ki, həm istixana qazı emissiyalarını azaltmaq, həm də dayanıqlıq və uyğunlaşmaya sərmayə qoyuluşunu sürətləndirmək üçün daha çox iş görülməlidir".
C.Podesta vurğulayıb ki, dünyada baş verən təbii kataklizmlər və onların təsirləri dünya ictimaiyyətinə təzyiq göstərərək onun irəliləməsi, COP29-un uğurlu olması üçün səy göstərməsi və xüsusilə bu konfransda əsas prioritet olan inkişaf etməkdə olan ölkələr üçün lazımi resursların təmin edilməsini tələb edir.
"Hazırda bütün dünyanın gözü Azərbaycandadır. Bir aydan sonra burada çoxlu sayda qonaq olacaq. Hesab edirəm ki, biz gələcək sədrliyin mükəmməl rəhbərliyi altında yaxşı irəliləyir və noyabrda uğurlu nəticə gözləyirik", - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat