- Deputatların seçiciləri ilə görüşməsi, onları dinləmələri çox gözəl addımdır. Belə görüşlər, seçicilərin fərdi şəkildə qəbulu mütəmadi olmalıdır. Millət vəkilləri vətəndaşları narahat edən məsələləri parlamentdə qaldırsalar və məsələn, 10 məsələdən 5-i həll edilsə, bu, seçiciləri də, bizim hamımızı da sevindirər və parlamentə, millət vəkillərinə seçicilərin inamı artar. Bu, belədə də olmalıdır. Vacib məsələlər arasında bəzi qanunlarda dəyişiklik etmək, məsələn, zorakılıqla bağlı, ictimaiyyət üçün əhəmiyyətli məsələ olan vergilərlə baglı, sosial müdafiə, təhsil, səhiyyə, insan haqları, qeyri-hökumət təşkilatları sektoru… bunlar hamısı vacib məsələlərdir. Bir nəfər üçün yox, cəmiyyət üçün vacibdir. Millət vəkilləri aktiv fəaliyyət göstərib, qanunvericiliyə dəyişikliklər məsələsində vacib qərarların qəbuluna nail olsalar, biz də onlardan razı qalarıq, həmişə onların yanında olarıq.
Deputat obrazını dəyişdirməyin zamanıdır
04:15 09.10.2024
Gündəm
410
Hər bir məmur xalqın xidmətçisi olmalı, xalqa, dövlətə xidmət etməlidir
“Millət vəkillərinin telefon zənglərinə bəzən cavab verməyən, işə yaramayan məmurların konkret adı çəkilməli, ünvan göstərərək tənqid edilməlidir”
X çağırış Milli Məclis deputatları fəallıqları ilə seçilməyə başlayıblar. Son günlər millət vəkillərinin seçicilərlə görüşləri, seçiciləri fərdi şəkildə qəbul etmələrini əks etdirən görüntülər, məlumatlar yayılır. Onların arasında elələri var ki, əvvəlki çağırışlarda da deputat seçilib və fəal millət vəkili olaraq tanınıblar. Məsələn, Fazil Mustafa, Vüqar Bayramov əvvəlki deputatlıq fəaliyyəti dövründə də seçicilərlə tez-tez görüşürdülər. Yeni seçilənlər arasında da aktiv fəaliyyətə başlayanlar az deyil. Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlı, həmçinin Gülşən Paşayeva və daha bir neçə millət vəkilinin seçicilərlə görüşdüyü, seçiciləri qəbul etdiyi barədə məlumatlar verilir. Deputatların seçicilərlə görüşü vətəndaşların problemlərinin həllinə kömək edirmi? Nəzərə alsaq ki, deputatlar məmurların etinasız münasibətindən, bəzi məmurların, bəzən telefon zənglərinə belə cavab vermədiyindən şikayətlənən millət vəkilləri olub, görüşlər zamanı seçicilərin qaldırdıqları problemlərin qısa zamanda həll ediləcəyi o qədər də inandırıcı görünmür. Amma təbii ki, bu, millət vəkilinin şəxsiyyətindən, işə nə dərəcədə həssas və ciddi yanaşmasından, görüşün sadəcə görüş, say xətrinə deyil, həqiqətən vətəndaşların problemlərini dinləyib həllinə nə dərəcədə çalışmasından da asılıdır.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Sherg.az"a açıqlamasında ölkəmizdə deputat simasının, deputat obrazının müsbətə doğru dəyişilməsi zamanının gəlib çatdığını bildirdi:
- Deputatların seçiciləri ilə görüşməsi, onları dinləmələri çox gözəl addımdır. Belə görüşlər, seçicilərin fərdi şəkildə qəbulu mütəmadi olmalıdır. Millət vəkilləri vətəndaşları narahat edən məsələləri parlamentdə qaldırsalar və məsələn, 10 məsələdən 5-i həll edilsə, bu, seçiciləri də, bizim hamımızı da sevindirər və parlamentə, millət vəkillərinə seçicilərin inamı artar. Bu, belədə də olmalıdır. Vacib məsələlər arasında bəzi qanunlarda dəyişiklik etmək, məsələn, zorakılıqla bağlı, ictimaiyyət üçün əhəmiyyətli məsələ olan vergilərlə baglı, sosial müdafiə, təhsil, səhiyyə, insan haqları, qeyri-hökumət təşkilatları sektoru… bunlar hamısı vacib məsələlərdir. Bir nəfər üçün yox, cəmiyyət üçün vacibdir. Millət vəkilləri aktiv fəaliyyət göstərib, qanunvericiliyə dəyişikliklər məsələsində vacib qərarların qəbuluna nail olsalar, biz də onlardan razı qalarıq, həmişə onların yanında olarıq. Məmurların deputatların müraciətlərinə, telefon zənglərinə bəzən cavab verməməsinə gəlincə, N.Cəfəroğlu qeyd etdi ki, deputatlar bu cür davranan məmurları çəkinmədən ifşa etməli, konkret ad, ünvan göstərərək tənqid etməlidirlər:
- Cənab Prezident deyir ki, xalqın xidmətçisidir. Hər bir məmur da xalqın xidmətçisi olmalı, xalqa, dövlətə xidmət etməlidir. Millət vəkilinə seçiciləri etimad göstərərək səs veriblər, onları parlamentə seçiblərsə, parlamentdə xalqın problemləri, vətəndaşları narahat edən məsələlər müzakirə edilməli və həllini tapmalıdır. Hansısa məmur, nazirlik, komitə rəsmisi millət vəklinin müraciətinə cavab vermirsə, problemin həllindən qaçırsa, onun haqqında ətraflı məlumat verilməlidir, seçici də bilsin ki, məsələ niyə həll olunmur. Deputatlar konkret hansı məmura, hansı nazirliyə, idarəyə, təşkilata müraciət etdiklərini və hansı cavab aldıqlarını parlamentdə səsləndirməlidirlər. Bununla bəlkə, məmurlar ayılar və vəziflərini dərk edər, dövlətin möhkəmlənməsi, təhlükəsizliyi, vətəndaşların razı qalmaları üçün problemləri həll edərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat