Deputat:“İskəndər- M” məsələsi yenə də örtülü qaldı”
Fidan Həmişəyeva
16:25 01.06.2021
Gündəm
783
Son vaxtlar Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliklər bir çox məsələnin gündəmdən düşməsinə şərait yaratdı. Məsələn, ermənilərin sərhəddəki təxribatlarından öncə “İskəndər M” raketi ilə bağlı mövzu xeyli aktual idi. Bu məsələdə xüsusilə Rusiya tərəfinin əli olduğuna dair bəzi iddialar, hətta konkret faktlar ortaya çıxsa da, nədənsə müzakirələrə son verildi.
Aydın məsələdir ki, Rusiyanın bölgədə yürütdüyü siyasət maraqlarımıza cavab vermir. Bu baxımdan şimal qonşumuzun “İskəndər M”lə bağlı məsələnin ört-basdır edilməsi üçün əlindən gələni edəcəyinə dair faktlar inandırıcıdır.
Millət vəkili Elman Məmmədov mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşüb.Parlamentari qeyd edib ki, bir zamanlar “İskəndər M”lə bağlı məsələ aktuallaşdı, hətta Rusiya və Azərbaycan dövlət başçılarının səviyyəsində müzakirə olundu:
“Dövlətimiz bu məsələ ilə bağlı ortaya konkret tələb qoydu ki, baş verənlərə cavab verilsin. Lakin Rusiya tərəfindən qanedici izahlar olmadı. Düzgün cavabdan yayındılar. “İskəndər-M” raketinin necə və haradan atılması barədə dəqiq məlumat olmadı, məsələ yenə də örtülü qaldı. Ancaq günahkar tərəflər dövlətimizin qarşısında aciz duruma düşdülər. Açıq olmasa da, günahları olduğunu bir növ etiraf etdilər. Arzu edək ki, bir daha Azərbaycana qarşı bu cür məkrli siyasət həyata keçirilməsin.
Qonşu dövlətlərlə əməkdaşlıq ediriksə, tərəflərin heç biri qeyri-səmimi, riyakar və saxtakar olmamalıdır, sözü ilə əməli üst-üstə düşməlidir. Azərbaycan əməkdaşlıq etdiyi istənilən dövlətə qarşı səmimidir və qarşı tərəfdən də belə münasibət gözləyirik.
Lakin çox zaman bunun şahidi olmuruq. Dost və əməkdaş olduğumuzu deyirlər, amma arxamızdan başqa işlər çevirirlər. Məsələn, qonşu İran bizimlə əməkdaşlıq haqqında söhbətlər aparır, bu yaxınlarda XİN başçısı da Azərbaycana gəldi, müxtəlif sahədə əməkdaşlığın davamı müzakirə edildi. Lakin mətbuatı izləyəndə görürük ki, İran ermənilərə humanitar yardımlar edir. 44 günlük müharibədən əvvəl və müharibə dövründə Ermənistana daimi olaraq silahlar göndərirdilər. Bu münasibət şimal qonşumuz Rusiyaya da aiddir. Gərək münasibətdə səmimi və düzgün olasan, riyakarlığa yol verməyəsən. Ona görə də belə məqamlarda çox diqqətli olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət