Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb
13:45 28.09.2024
Gündəm
446
“Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb.
"Sherg.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabr ayının 24-də saat 09:30-da “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində 1 Əlcəzair vətəndaşı – 2002-ci il təvəllüdlü Abdulkader Ben Bahi, sentyabr ayının 26-da saat 20:40-da “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində isə 2 nəfər əlcəzairli 1998-ci il təvəllüdlü Sarra Benuoali və 1995-ci il təvəllüdlü Rabi Seif Elnaser dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
“Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sentyabr 26-da saat 20:50-də 6 nəfər – 1992-ci il təvəllüdlü Hussain Sayed Shahid, 2005-ci il təvəllüdlü Abbas Sayed Haider, 2006-cı il təvəllüdlü Ullah Mohib, 2009-cu il təvəllüdlü Sarwar Nadeem, 2003-cü il təvəllüdlü Ahmad Naseer və 1997-ci il təvəllüdlü Sohaib Muhammad, sentyabrın 27-də saat 22:15-də 12 nəfər – 1990-cı il təvəllüdlü Virk Asif Ali, 1978-ci il təvəllüdlü Shazia, 1988-ci il təvəllüdlü Raza Ali, 2000-ci il təvəllüdlü Elahi Fazal, 1995-ci il təvəllüdlü Haq Zamam Ul, 2002-ci il təvəllüdlü Virk Abdul Haseeb, 2004-cü il təvəllüdlü Muhammad Awon, 2000-ci il təvəllüdlü Abbas Muhammad Zahid, 2005-ci il təvəllüdlü Ullah Muhammad Sami, 2000-ci il təvəllüdlü Hamza Ameer, 2001-ci il təvəllüdlü Ali Zain və 1995-ci il təvəllüdlü Ahmad Jameel, saat 23:10-da isə 1 nəfər – 1989-cu il təvəllüdlü Shahzad Khurram ümumilikdə 19 nəfər Pakistan vətəndaşının Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat