Əhməd Əhmədovun məhkəməsi: hüquqşünas şərhi
14:13 10.10.2024
Gündəm
509
Xəbər verdiyimiz kimi, Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Ə. Əhmədov ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə ediləcək.
Ə. Əhmədov barəsində verilən qərarın isə sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə müzakirə olunmasına başlanılıb, bəziləri onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməməsini mənfi qarşılayıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən hüquqşünas Şamil Paşayev qeyd edib ki, Ə.Əhmədovun avtomobil idarə etməsi, eyni zamanda, digər şəxsləri yox, məhz ailə üzvlərini qətlə yetirməsi onun anlaqsız olmadığı demək deyil: “Bəzi şəxslər “anlaqsız” ifadəsinin mahiyyətini tam başa düşmürlər, bu məsələdə peşəkarlara inanmaq əvəzinə, konspirologiyalar yaradırlar. Bu, doğru yanaşma deyil.
Xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsızdır. Anlaqsız şəxsin maşın sürməsi, yaxud başqa şəxsləri yox, yalnız ailə üzvlərini qətl etməsi ilə bağlı insanlarda suallar yaranır. Psixiatrlar da təsdiqləyə bilərlər ki, bu, mümkündür”.
Ş. Paşayev bildirib ki, Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir: “Peşəkar hüquqşünaslar Əhməd Əhmədovun hadisəni törədərkən anlaqsız olduğunu əvvəlcədən təxmin etmişdilər. Bildiyiniz kimi, ekspertlərin rəyi də belə oldu. Hadisə törədiləndən sonra təqsirli bilinən şəxsin düz baxışları, sözləri doğru ifadə etməsi onun anlaqsız olmadığına əsas vermir.
Bütün dünya ölkələrində isə anlaqsız şəkildə cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Belə olduqda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir. Əhməd barəsində də proses bu cür cərəyan edir. O, stasionar qaydada ixtisaslaşdırılmış tibb müəssisəsinə - psixiatriya xəstəxanaya yerləşdiriləcək və orada müalicə olunacaq. Buna görə də Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir”.
Qeyd edək ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhməd Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bu gün keçirilmiş iclasında Əhməd Əhmədov barəsində ixtisaslaşmış psixiatriya xəstəxanasında (Respublika Psixiatriya Xəstəxanası) məcburi müalicə tətbiq olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat