Ərdoğandan paylaşım: "Hitler kimi Netanyahu da dayandırılacaq"
13:33 07.10.2024
Gündəm
545
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin uzun illər davam edən soyqırım, işğalçılıq siyasətinə son qoyulmalı olduğunu bəyan edib. Sherg.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başladığı hücumlarının ildönümü ilə əlaqədar sosial media hesabından açıqlama verib.
Ərdoğan paylaşımında bu günün 7 oktyabr olduğuna diqqət çəkib və deyib:
"Düz 365 gün əvvəl əksəriyyəti uşaq və qadınlardan ibarət 50 min sağ olan bacı-qardaşımız vəhşicəsinə qətlə yetirildi. Qəzzada xəstəxanalar, müxtəlif dinlərin ibadət yerləri, məktəblər artıq yerində deyil. Çoxlu jurnalistlər, qeyri-hökumət nümayəndələri, sülh elçiləri artıq aramızda deyil. Bu günlərdə Fələstində, Livanda ölənlər təkcə qadın, uşaqlar, körpələr və günahsız vətəndaşlar deyil, həm də insanlıqdır".
İsrail hökumətinin 7 oktyabrdan bəri qətlə yetirdiyi on minlərlə insanı bu gün kədərlə xatırladığını ifadə edən Ərdoğan, “Həyat yoldaşını, övladlarını və ailələrini itirən yaralı Qəzzalı, Fələstinli və Livanlı qardaşlarıma başsağlığı verirəm" deyə bildirib.
İşğalçılıq siyasətinə son qoyulmalı olduğunu vurğulayan Ərdoğan, “Unutulmamalıdır ki, İsrail bir ildir həyata keçirdiyi bu soyqırımın bədəlini gec-tez ödəyəcək.Necə ki, Hitler bəşəriyyətin ortaq ittifaqı tərəfindən dayandırıldı, Netanyahu və qətl şəbəkəsi də eyni şəkildə dayandırılacaq. Qəzza soyqırımına görə məsuliyyətin olmadığı bir dünyada sülh olmayacaq. Türkiyə olaraq, İsrail hökumətinə qarşı durmağa və dünyanı bu şərəfli mövqeyə çağırmağa davam edəcəyik”. prezident açıqlamasında qeyd edib.
Prezident Ərdoğan mesajı ilə yanaşı, İsrailin Qəzzada törətdiyi soyqırımının 1-ci ildönümündə hazırladığı videonu da paylaşıb.
Videonun sonunda türk, ingilis, ərəb və ivrit dillərində "İsrailin törətdiyi soyqırım fələstinliləri öldürür. İsrailin törətdiyi soyqırım insanlığı öldürür" mesajı daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat