"Fransa bizi minillərdir yaşadığımız ərazilərdən qovub"
"Fransa bizi minillərdir yaşadığımız ərazilərdən qovub"
Yusif Nəzərli
08:00 20.10.2023
Gündəm
304
"Fransa bizi minillərdir məskunlaşdığımız ərazilərdən qovub".
"Report" xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, bu gün də Fransa müstəmləkəçiliyinin davam etdiyini bildirib: "Hazırda Bakıda müzakirələr apardığımız vaxtda insan həyatları təhlükəyə atılır".
Lyuk Frensis Kerol Azərbaycan dövlətinə səslərinin eşidilməsinə dəstək verdiyinə görə də təşəkkür edib: "Azərbaycana səylərinə görə təşəkkür edirəm. Biz bu günlərdə Afrikadakı neokolonializm haqqında danışmaq imkanına sahibik. Onu deməliyik ki, minilliklər ərzində məskunlaşdığımız ərazilərdən Fransa tərəfindən qovulmuşuq. Milyonlarla insan Cənubi və Şimali Amerikaya deportasiya edilib. Bu gün Amerika qitəsində ən kasıb, yoxsul insanlar Afrikadan gələnlərdir. Çünki onlar Amerikaya deportasiya olunublar. Fransa dövləti isə problemimizin həlli ilə məşğul olmaq istəmir".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz