GÖRÜŞdən təəssürat: “Çox mühüm söhbətlər oldu, zövq aldım”
Yusif Sultanoğlu
16:20 18.08.2020
Gündəm
1385
Alim Qasımov: “Həlli vacib problemlərdən danışıldı”
Yazıçı Anar: “Çox maraqlı görüş idi. Səmimi söhbətlər oldu”
Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalılar ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak ediblər.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. A.Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq olduğunu bildirib.
Tədbirə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Xalq artitsi Alim Qasımov, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və başqaları da qatılıblar. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb.
Görüşlə bağlı təəssüratlarını “Sherg.az”a danışan xalq artisti Alim Qasımov bunları ərz edib:
“Hamısı mədəniyyət işçiləri idi. Hər biri həlli vacib problemlərdən danışdı. Mən də deyilənlərə uyğun məsləhətlərimi çatdırdım. Həmişə təkrar olunan görüşlərdən biridir. Azərbaycan xalqının xeyrinə, mənəvi dəyərin qorunmasına yönəlik yığıncaq idi. Orda da çatışmayan məsələlərdən bəhs edildi. Musiqiçilərin, yaradıcı insanların daha da inkişaf etmələri üçün nə kimi işlər görülə biləcəyi müzakirə edildi. Ona görə çox mühüm söhbətlər oldu, zövq aldım”.
Yazıçı Anar tədbirdən razı qalıb:
“Çox maraqlı görüş idi. Səmimi söhbətlər oldu. Qərara gəldik ki, belə görüşləri tez-tez, heç olmasa üç aydan bir keçirək. Zənnimcə çox səmərəli və faydalı görüş oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət