ABŞ-də maraqlı iddia gündəmə gəlib. Sosial şəbəkələrdə Marko Rubionun ayağına böyük görünən ayaqqabılarla çəkilmiş fotosu yayılıb və geniş müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, bu ayaqqabıları Donald Trampın hədiyyə etdiyi iddia olunur. ABŞ mediası yazır ki, Tramp bəyəndiyi Florsheim markalı ayaqqabıları yaxın çevrəsinə, hökumət üzvlərinə və onu ziyarət edən bəzi şəxslərə hədiyyə edir.
Rubionun ayaqqabılarının ayağına böyük görünməsi sosial mediada istehza ilə qarşılanıb. Bəzi istifadəçilər onları “təlxək ayaqqabıları” adlandıraraq lağ ediblər.
İddialara görə, Tramp rəsmi görüşlərdə belə tez-tez ayaqqabılar mövzusunu açır, hətta bəzi hallarda iştirakçıların ayaqqabı ölçüsünü təxmin etməyə çalışır.
Məlumatlarda bildirilir ki, bu ayaqqabıları alanlar arasında ABŞ vitse-prezidenti Ceyms Devid, müdafiə naziri Pit Heqset və bir sıra digər yüksək vəzifəli şəxslər də var.
Bəzi şərhçilər isə bu davranışın sadəcə hədiyyə deyil, həm də liderə sədaqəti ölçmək üsulu ola biləcəyini iddia edir. Bu ənənə bəzi tarixçilərə görə Osmanlı İmperiyası dövründə padşahların yaxınlarına “xilat” – yəni öz geyimlərini hədiyyə etməsi ənənəsini xatırladır.