
Hərbi xidmətdən boyun qaçıran ermənilər! – “Ödəniş qarşılığında...”
Yusif Nəzərli
13:37 25.08.2022
Gündəm
1312
Ermənistan Müdafiə Nazirliyi çağırışçılara 24 milyon dram (60 min dollar) qarşılığında vaxtından əvvəl tərxis olunmağa icazə verməyi təklif edib. Bu dəyişiklik “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanununda öz əksini tapıb və e-draft.am hüquqi aktların vahid portalında dərc olunub.
Sənədə əsasən, çağırışçı hərbi xidmətdən vaxtından əvvəl, hətta dördüncü aydan və hazırlıq mərhələsini başa vurduqdan sonra buraxıla bilər. Bunun qarşılığında o, dövlət büdcəsinə 24 milyon dram ödəniş etməlidir. Dəyişikliklərin məqsədi respublikada məcburi hərbi xidmət müddətinin mərhələli şəkildə azaldılması üçün qanunvericilik bazasını hazırlamaqdır.
Ermənistan hökumətinin yeni təklifini hərbi ekspert Ramil Məmmədli “Sherg.az"a izah edib. O bildirib ki, bu sistem Avropanın bir sıra ölkələrində də mövcuddur: “O cümlədən bizim strateji tərəfdaşımız olan Türkiyədə də bu qərar var. Belə ölkələrdə büdcəyə müəyyən məbləğ ödəməklə hərbi xidmət etməmək mümkündür. Bu qərarı verməyə iki əsas səbəb ola bilər. İlk növbədə büdcənin doldurulması məqsədi güdülə bilər. Eyni zamanda bu yolla qeyri-qanuni rüşvət hallarının və ordudan yayınmaların qarşısını almaq mümkündür. Əgər şəxs hərbi xidmətə getmək istəmirsə, o, öz pulunu dövlətin büdcəsinə köçürdəcək. Bununla da o, hərbi xidmət göstərməyəcək.

Digər tərəfdən peşəkar ordu sisteminin formalaşdırılması üçün də bu addım atılmış ola bilər. Xidmət etmək istəməyən şəxslər müxtəlif yollarla bundan boyun qaçırır. Bu sistemlə həmin şəxs qanuni olaraq xidmət etmir və ondan gələn gəlirlə digər şəxs müəyyən məbləğ müqabilində hərbi xidmət göstərir. Bu da ordunun peşəkarlaşmasına və formalaşmasına gətirib çıxarır. Bu baxımdan bu məsələni normal qəbul edirəm. Bunun hansısa ciddi problemdən irəli gəldiyini düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya