Hikmət Hacıyev Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlayıb
Yusif Nəzərli
12:32 27.08.2022
Gündəm
456
“Avqustun 31-də Avropa İttifaqı Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Azərbaycanın bu görüşdə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun artıq fəaliyyətə başlaması ilə bağlıdır”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, Avropa İttifaqı çərçivəsində keçirilən bu kimi görüşlərdə və sonuncu görüşlərdə üçtərəfli əsasda qəbul edilmiş bəyanatda qeyd olunub ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə qısa müddətdə işçi qrupları yaradılmalı və fəaliyyətə başlamalıdır: “Azərbaycanın gözləntisi əsasən bundan ibarətdir. Ancaq görək Ermənistan tərəfi nə fikirləşir. Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır. Prezident Basqaldakı müsahibəsinə də dedi ki, əgər Ermənistan tərəfindən əks fikirlər olacaqsa, Azərbaycan bu xüsusda hüquqlarını özündə saxlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dublində İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilir
20:11 12.11.2026
Rəsmi
Vens və Rubio prezident seçkilərində potensial namizəddir
20:03 12.11.2026
Dünya
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
19:54 12.11.2026
Siyasət
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm