"Hizbullah" İsrailə qarşı əməliyyata başladığını elan edib

"Hizbullah" İsrailə qarşı yönəlmiş "Yeyilmiş qartal" əməliyyatına başladığını elan edib.

"Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi qruplaşmaya istinadən xəbər verib.

"İslam müqaviməti "Yeyilmiş qartal" əməliyyatına başladığını elan edir", - açıqlamada deyilir.

"The Times of Israel" qəzetinin məlumatına görə, "Hizbullah" İsrailə təxminən 100 raket atıb. Hücum nəticəsində iki nəfər yüngül xəsarət alıb, onlar xəstəxanaya aparılıb.

Sonra İsrail Ordusu Beyrutun kənarına yeni, kütləvi hücumlar həyata keçirib. Livan paytaxtının cənubundakı ətraf şəhər Dahiyada "Hizbullah"ın infrastrukturu hücumun hədəfi kimi müəyyən edilib.

Xatırladaq ki, martın 9-da İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a qarşı məhdud və hədəflənmiş quru əməliyyatına başlayıb.