Hüseyn Axundov ailəsinə təhvil verilib
22:40 13.12.2023
Gündəm
352
Xəbər verdiyimiz kimi, Azərbaycanla Ermənistan arasında olan razılaşmaya əsasən əsirlikdə saxlanılan hərbçilər qarşılıqlı surətdə azad edilib. Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində dekabrın 13-də hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Ermənistanda əsir saxlanılan və saxta ittihamlarla həbs edilən hərbçi Hüseyn Axundov artıq ailəsinə təhvil verilib. Anası Şəlalə Axundova Hüseynin əsir götürüldüyü 8 ay ərzində oğlunun evə qayıdacağına inamını itirmədiyin deyir.
Oğlu ilə görüşün sevincini yaşayan Şəlalə Axundova Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, hər zaman dövlət başçısına arxalandıqlarını, övladının azad olunacağı günə inandıqlarını söyləyib. "Hər zaman Prezidentimizə inanmışam. O bizim dayağımızdır", - deyə Şəlalə Axundova vurğulayıb.
Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə