İcmadan regiondan xəbəri olmayan dairələrə dair bəyanat
16:39 16.10.2024
Gündəm
385
“Biz İsveçrə Federal Məclisinin Xarici Siyasət Komissiyası tərəfindən irəli sürülmüş, ölkəmizə qarşı qərəz və böhtana əsaslanmaqla, İsveçrə hökumətinə “Azərbaycan hökuməti və Qarabağdan olan ermənilər arasında bir konfrans təşkil etmək” çağırışı edən təklifi qınayırıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
“Sənəddə yer almış ölkəmizin ərazi bütövlüyü və suverenliyinə, beynəlxalq hüquqa zidd yanaşma və böhtan dolu fikirlər onun müəlliflərinin əsl niyyətinin heç də sülh və dialoqu təşviq etmək olmadığını göstərir.
Xatırladaq ki, Azərbaycan hökuməti Qarabağdan olan ermənilərin reinteqrasiyası üçün planlarını ictimaiyyətə açıqlamış və ötən il onlarla dialoq aparmışdır. Lakin Qarabağdan olan ermənilər dialoqdan və Azərbaycanın reinteqrasiya təklifindən imtina etmişlər.
Belə olan şəraitdə İsveçrənin bitərəfliyinə istinad edib, bədnam gündəlik və formatla “dialoq”a çağırış etmək bu ölkənin bitərəf statusundan sui-istifadədir və regiondakı vəziyyəti gərginləşdirməyə xidmət edir. Regiondan xəbəri olmayan dairələrin Azərbaycanın daxili işlərinə qarışan bu cür cəhdləri təkəbbürlü yanaşma olmaqla, tamamilə qəbuledilməzdir.
Vurğulamaq istərdik ki, Qarabağ münaqişəsi artıq beynəlxalq hüquqa uyğun olaraq öz həllini tapıb. Buna baxmayaraq, son dövrlər bəzi qərb dairələrinin regionda yenidən münaqişə yaratmaq cəhdlərini müşahidə edirik. İsveçrə parlamentində irəli sürülmüş son təşəbbüs də bunun tərkib hissəsidir.
İsveçrə parlamentinə xatırladırıq ki, dialoqa çağırılmalı olan öz ərazisindən azərbaycanlıları zorla çıxarmış olan Ermənistan hökumətidir. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq üçün müraciət etsə də, bu, cavabsız qalmışdır. Bundan əlavə, məhz azərbaycanlıların Ermənistana qayıdışı üçün beynəlxalq nəzarət altında olan proses təşkil edilməlidir.
Qərbi Azərbaycan İcması olaraq, üzvləri tərəfindən son günlərdə Azərbaycana qarşı iki sənəd irəli sürülmüş İsveçrə parlamentini sözügedən qərəzli və zərərli addımları dayandırmağa çağırırıq. Biz, İsveçrə parlamentinin üzvlərindən Ermənistan tərəfindən qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağı və onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik”, - deyə İcmanın bəyanatında vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm