İdman naziri vertolyot qəzasına uğradı - FOTO

İranda içərisində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb.
Bakupost.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib.
İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.