İran Prezidenti müharibəyə son qoymaq üçün tələblərini açıqladı

Müharibənin bitməsinin yalnız Tehranın qanuni hüquqlarının tanınması, kompensasiyanın ödənilməsi və gələcək hücumların qarşısını alacaq beynəlxalq təhlükəsizlik zəmanətlərinin təmin edilməsi ilə mümkündür.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün Facebook səhifəsində yazıb: "Rusiya və Pakistan liderləri ilə söhbətlərimdə İranın regionda sülhə sadiqliyini bir daha təsdiqlədim. Sionist rejim və ABŞ tərəfindən başladılan bu müharibəyə son qoymağın yeganə yolu İranın qanuni hüquqlarının tanınması, təzminatların ödənilməsi və gələcək təcavüzə qarşı güclü beynəlxalq zəmanətlərdir".