
"İranın Ermənistanı yanına çəkməsi iqtisadi maraqdan çox siyasi, ideoloji məsələdir" - ŞƏRH
09:46 01.10.2024
Gündəm
541
İran İrəvanda dünyanın ən böyük ticarət nümayəndəliyini açıb.
Nümayəndəliyin açılışında iştirak edən İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib ki, bura dünyanın ən böyük mərkəzidir: "Bu da İran və Ermənistan arasında dərin dostluq əlaqələrindən xəbər verir. Ermənistan və İran arasında ticarət-iqtisadi əlaqələr və ticarət dövriyyəsi sürətlə artır. Ümid edirəm ki, ticarət nümayəndəliyinin açılması iqtisadi əlaqələrin, o cümlədən ticarətin inkişafına təkan verəcək".
Qeyd edək ki, 18 min kv.m-dən çox əraziyə malik mərkəzin açılışında Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan da iştirak edib.

Siyasi şərhçi Tural İrfan Sherg.az-a açıqlamasında İranın Ermənistana yaxınlığının ən əsas məqsədi Türkiyə və Azərbaycan əleyhinə olan mövqeyidir:
"Dövlət prinsipləri olaraq qəbul ediblər ki, həm Türkiyə və Azərbaycanın, həm də ümumilikdə türk dövlətlərinin hər vəchlə inkişafına, birliyinə maneə yaratsınlar. Ona görə də Qarabağın azad edilməsi İranı daha da narahat etdi. Zəngəzur dəhlizinə qarşı çıxması da məhz buna görədir. İndi də Ermənistan ilə iqtisadi əlaqələrini genişləndirir. Çünki sülh müqaviləsinin masada olduğunu bilir və onu da dərk edir ki, artıq Ermənistan Türkiyə və Azərbaycan ilə müsbət münasibətlərə başlayacaq və bu əlaqələr İranı qabaqlaya bilər. Əsasən də İran ölkəsində yaşayan soydaşlarımızın ticari əlaqələrinin və münasibətlərinin Türkiyə və Azərbaycan ilə deyil, Ermənistan ilə qurulmasını istəyir. Mümkün olduğu qədər Güney Azərbaycanı Ermənistana yaxınlaşdırmaq istəyir. Qarşılıqlı konsulluqlarının açılması da buna misaldır".
T.İrfanın sözlərinə görə, İran mümkün olduğu qədər Ermənistanda yerləşmək, Zəngəzurun qarşısını kəsmək, eyni zamanda Ermənistanı da Güney Azərbaycana gətirmək istəyir:
"İranın bu kimi addımları ticari və iqtisadi maraqdan çox siyasi, ideoloji məsələdir. Harada İslam, Türk və Türkiyə düşməni varsa İran onun yanındadır. Bu, onun dövlət proqramıdır. Qərbin ideoloji dairələri, Fransa, ABŞ və başqa güclər İranı İslam və türk dünyasına qarşı istifadə edir və edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat