İsrailin hədəf aldığı ad: Haşim Seyfəddin kimdir?
10:05 04.10.2024
Gündəm
487
“Hizbullah” lideri Həsən Nəsrullahın Beyrut ətrafında İsrail hava hücumu nəticəsində öldürülməsi diqqətləri onun varisi kimi görünən Haşim Seyfəddinə yönəltdi.
Sherg.az xəbər verir ki, İsrail ordusu növbəti dəfə Livanın paytaxtı Beyrutu hədəfə alıb. Beyrutun cənubunda bir-birinin ardınca partlayış səsləri eşidilib.
İsrail mediası hücumda Hizbullahın yüksək səviyyəli rəsmisi Haşim Seyfəddinin hədəf alındığını iddia edib. Seyfəddin öldürülən Hizbullah lideri Həsən Nəsrullahın varisi kimi görünür.
Hizbullahın iki nömrəsi kimi göstərilən Seyid Haşim Seyfəddin 1964-cü ildə Cənubi Livanın Sur şəhəri yaxınlığındakı bir kənddə anadan olub.
Seyyid Haşim Seyfəddin Qum İlahiyyat Məktəbində təhsil alıb.
1994-cü ildə Nəsrullahın çağırışı ilə Qumdan Beyruta qayıdıb və Hizbullahın İcraiyyə Şurasının sədri təyin edilib.
Liderlik təhsili alan Seyfəddinin İranla yaxın əlaqələri var.
Nəsrullah Hizbullah daxilində strateji qərarlar qəbul edərkən, Seyfəddin gündəlik əməliyyatları və maliyyə işlərini idarə edirdi.
Haşim Seyfəddin Hizbullahın yüksək rütbəli üzvlərinin dəfn mərasimləri də daxil olmaqla, ictimai tədbirlərdə Nəsrullahı təmsil edib.
O, 2017-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən terrorçu elan edilib.
Seyfəddin həmin il ABŞ və bəzi ərəb ölkələri tərəfindən sanksiyalara məruz qaldı.
Onun qardaşı Abdulla Seyfəddin də Hizbullahın Tehrandakı nümayəndəsi vəzifəsini icra edir.
Seyfəddin həm də 2020-ci ildə öldürülən İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin nəvəsidir.
2020-ci ildə oğlu Rida eyni il Bağdadda ABŞ-ın hava hücumunda öldürülən Süleymaninin qızı ilə evləndi.
Haşim Seyfəddinin Hizbullahın şura şurasının üzvü olan altı din xadimindən biri olduğu da bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat